Braziliya
Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının
sədri Xalça Muzeyində olub
Ölkəmizdə işgüzar səfərdə
olan Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar
Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi
nümayəndə heyəti mayın3-də Azərbaycan
Xalça Muzeyində olub.
AZƏRTAC xəbər verir ki,
muzeylə tanış olan nümayəndə heyətinə
muzeyin yaranma tarixi, fəaliyyəti, xalqımızın qədim
xalçaçılıq sənəti , onun tarixi, adət-ənənəsi
barəsində ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycan
xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini
əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin,
istifadə olunan materialların, toxuma texnikasının,
xalçalara məxsus zərif və dərin bədii
xüsusiyyətlərin harmoniyasını nümayiş
etdirir. Xalça Muzeyində yeddi əsas
xalçaçılıq məktəbinin Quba, Bakı,
Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin
xalça nümunələri təqdim olunur. Xalçalar
xalqın həyat və məişət tərzini əks
etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin
olan sənət əsərləridir. Muzeydə on minə qədər
xalça saxlanılır. Muzeyin memarı avstriyalıdır
və muzey açılan xalçaya bənzəyir. Burada
saxlanılan ekspozisiyalar və qədim alətlər
haqqında qonaqlara ətraflı məlumat verilib. Xalça
toxunmasını canlı izləyən nümayəndə heyəti
xalçaçılığın çox maraqlı sənət
əsəri olduğunu bildiriblər. Azərbaycan musiqi və
rəqslərini də özündə əks etdirən
xalça nümunələri marağa səbəb olub.
Qonaqların diqqətinə
çatdırılıb ki, Birinci vitse-prezident Mehriban
Əliyevanın səyləri nəticəsində milli
xalçaçılıq sənəti 2010- cu il noyabrın
16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına
daxil edilib.
Muzeyi gəzən nümayəndə
heyətinə xalçaçılıq sənəti ilə
yanaşı, Xalça Muzeyinin qeyri-adi dizaynı barədə
də məlumat verilib.
Qonaqlar Xalça Muzeyindən
xoş təəssüratlılara ayrılıb.
Azərbaycan.- 2019.- 4 may.- S. 10.