I və II dərəcə
əlilliyi olan şəxslərin, habelə sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqların təhsil
haqqı xərclərinin ödənilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, I və II dərəcə əlilliyi olan şəxslərin,
habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqların təhsilə əlçatanlığını
təmin etmək və onların təhsil almaq
imkanlarını genişləndirmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
ali təhsil müəssisələrində bakalavriat və
magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil
səviyyələrində, Azərbaycan Milli Elmlər
Akademiyasının magistratura səviyyəsində və orta
ixtisas təhsili müəssisələrində ödənişli
əsaslarla təhsil alan I və II dərəcə əlilliyi
olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud
18 yaşınadək uşaqların təhsil müddəti ərzində
təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən
etibarən dövlət büdcəsinin vəsaiti hesabına
ödənilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
3 may 2019-cu il.
Azərbaycan. - 2019.- 4 may.- S.2.