Dayanıqlı iqtisadi inkişaf yolunun müəllifi

 

Azərbaycanın özü qədər əbədi

 

Milli ideyanı milli gerçəkliyə tarixi taleyə çevirən əsas qüvvə lider faktorudur. XX əsrin ortalarından etibarən ulu öndər Heydər Əliyevin şəxsində tarixin Azərbaycan xalqına bəxş etdiyi lider azərbaycanlıların yenidən özünə inamına və müstəqillik kimi əsas milli ideyasının möhkəm əsaslarla həyata keçməsinə şərait yaratdı. O, XX əsrin ortalarından başlayaraq tamamilə yeni və gələcəyə hazırlaşan bir Azərbaycan yaratdı. Öz siyasəti, inkişafı, müasirliyi, dayanıqlılığı, etibarlılığı ilə bütün dünyaya səs salan bir Azərbaycan…

Təbii ki, bütün ümdə hədəflərə çatmaq üçün dövlətin möhkəm iqtisadi dayaqları olmalıdır. Ulu öndərin sözü ilə desək: "İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!”.

Heydər Əliyev SSRİ-nin tərkibində olan Azərbaycana rəhbərlik etdiyi dövrdə iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından əhəmiyyətli işlər gördü. Onun respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına böyük təkan verdi. İqtisadisosial sferalarda geri qalan Azərbaycan bu dövrdən etibarən inkişaf səviyyəsinə görə SSRİ tərkibində olan dövlətlərdən xeyli fərqlənməyə başladı. Bu ondan irəli gəlirdi ki, Azərbaycan Heydər Əliyevin daim diqqət mərkəzində idi. Heydər Əliyev Azərbaycanda Kommunist Partiyasının Mərkəzi Komitəsinin rəhbəri seçilməmişdən qabaq Azərbaycan iqtisadiyyatında durğunluq və tənəzzül hökm sürürdü. Hətta SSRİ rəhbərliyində Azərbaycan SSR-in özünü doğrultmaması barədə fikir səslənirdi. Lakin Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadi inkişafının əsl çiçəklənən dövrünü yaşadı və bütün bu iddialara layiqli cavab verdi. Bütün sahələrlə yanaşı, iqtisadiyyatda da yüksək inkişaf Azərbaycanı digər ölkələrdən fərqləndirdi. Heydər Əliyevin qarşısında hələ bu vaxtacan respubika rəhbərlərindən heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu: respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, onu qüdrətli dövlətin xammal istehsalçılarından qabaqcıl, müasir texnika texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura xarakteri ilə fərqlənən kənd təsərrüfatını yüksəltmək, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycanın kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini möhkəmləndirmək. Heydər Əliyevin fəaliyyəti sayəsində Azərbaycanda sənayenin strukturu dəyişdi. Bütün sahələrlə yanaşı, sənayenin də profili və işləmə sistemində yeni metodlar tətbiq olundu.

Heydər Əliyevin 1969-1982-ci illər fəaliyyətinin elə ilk dövrlərində Azərbaycanda sürətli iqtisadi inkişaf dönməz xarakter almağa başladı. O dövrlərdə Azərbaycanın təkcə sənaye sahəsində deyil, həmçinin kənd təsərrüfatında da özünəməxsus inkişaf yarandı. Azərbaycan SSRİ-də kənd təsərrüfatının inkişafına görə xüsusilə fərqləndi. Azərbaycan bu dövrlərdə pambıq yığımında, üzümtexniki bitkilərin becərilməsində ön sıralarda yerini qorudu. Heydər Əliyevin fəliyyəti dövründə Azərbaycan üzümün, tərəvəzin, tütünün, çayın ən böyük istehsalçısı oldu. Və bu göstəricilər insanların maddi rifah halının yaxşılaşmasına xeyli müsbət təsir etdi. Heydər Əliyev kimi xalqını və vətənini düşünən bir şəxsiyyətə yaxşı məlum idi ki, iqtisadi potensialın güclü olması həm ölkənin xeyrinədir, həm də əhalinin yaşam səviyyəsinin yüksəlməsinə xidmət edir. Heydər Əliyevin Azərbaycanda birinci dəfə rəhbərliyi dövrü iqtisadi inkişafın ən yüksək zirvəsi kimi tarixə daxil oldu. 1969-1982-ci illər arasında ölkənin rəhbəri olduğu dövrlərdə o, sosialist modeli içərisində bir çox önəmli uğurlara imza atdı, Heydər Əliyev Moskvada öz fəaliyyətini davam etdirəndə də, onun diqqəti və qayğısı nəticəsində Azərbaycan bu inkişafını qoruyub saxlayırdı.

Lakin XX əsrin sonlarından etibarən Azərbaycan iqtisadiyyatı zəifləməyə başladı. Heydər Əliyevə qarşı SSRİ rəhbərliyi tərəfindən qanunsuz və ədalətsiz təzyiqin edilməsi və onun öz vəzifəsindən istefa verməsi Azərbaycanın taleyinə mənfi təsirini göstərdi və xalqımızın düşmənləri bu fürsətdən istifadə edərək gələcək faciələrin əsasını qoydular. Ötən əsrin 80-ci illərinin sonundan başlayaraq Dağlıq Qarabağda baş verən hadisələr və ölkəmizə qarşı qəsbkar siyasət geniş vüsət almağa başladı. "Sahibsiz” qalmış Azərbaycan bu təzyiqlərin qarşısında tab gətirməkdə çətinlik çəkirdi. Azərbaycan 18 oktyabr 1991-ci ildə müstəqillik qazansa da, bununla yanaşı, ortalığa bir çox problemlər çıxdı. Azərbaycan Respublikasında demokratik dövlət quruculuğu və sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyatın formalaşdırılması məqsədilə ictimai-siyasisosial-iqtisadi sistemin transformasiyası obyektiv zərurətə çevrildi. Bu dövrdən etibarən hökümət qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi-dünyəvi dövlət qurulması, bazar iqtisadiyyatı sisteminə keçid, ölkənin ərazi bütövlüyünün təmin edilməsi, əhalinin təhlükəsizliyinin və sosial-iqtisadi rifahının yaxşılaşdırılması və s. bu kimi bir çox cidditaleyüklü vəzifələr qoyuldu. 70 ildən artıq sovet rejiminin tətbiq etdiyi planlaşdırma modelli bir təsərrüfatla işləyən Azərbaycan artıq müstəqil və inkişaf etmiş dövlət olaraq bazar iqtisadiyyatına keçməli və azad, sərbəst iqtisadiyyata başlamalı idi. Lakin bu o qədər də asan deyildi. Azərbaycanın siyasi arenada rastlaşdığı problemlər, başlanan müharibə və ölkə daxilini bürüyən xaos, hakimiyyət uğrunda siyasi qarşıdurmalar iqtisadiyyatın inkişafının qarşısını alan əsas səbəblər idi. Ölkə daxilində iqtisadi inkişaf və əhalinin yaşam səviyyəsinin yəksəlməsindən daha çox hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın təbii sərvətlərinin kortəbii mənimsənilməsi və ölkənin daxilində hakimiyyət uğrunda aparılan mübarizə, erməni separatçı qüvvələri ilə gedən amansız müharibə ölkənin iqtisadiyyatını xeyli zəiflətdi.

1991-1993-cü illər Azərbaycan iqtisadiyyatının iqtisadi xaos və tənəzzül dövrü kimi səciyyələnir. Bu dövrdə ölkədə Ümumi Daxili Məhsul hər il orta hesabla 20% azalmış, hiper inflyasiya baş vermişdi. 1993-cü il oktyabrın 3-də xalqın iradəsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyev kimi dahi siyasətçi Azərbaycanın ağır vəziyyətini yaxşı görürdü. Heydər Əliyev başa düşürdü ki, bu problemlər öz həllini tapmasa Azərbaycan heç zaman qüdrətli bir dövlət ola bilməz.

Müstəqillik dövründən bu günə kimi ölkədə gedən iqtisadi inkişafı bir neçə mərhələyə ayırmaq olar. 1991-1995-ci illəri əhatə edən iqtisadi xaosya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlikdinamik iqtisadi inkişaf dövrü.

Heydər Əliyev iqtisadi inkişafda geriliyi qısa zamanda aradan qaldırmağa, iqtisadiyyatı inkişaf etdirməyə Azərbaycanın gücü olduğunu dönə-dönə vurğulayırdı. Çünki o, ölkənin iqtisadi potensialını yaxşı bilir və insanların ona inamı ilə, daha əvvəl də olduğu kimi, böyük uğurlara imza atmağın mümkünlüyünə əmin idi.

Onun atdığı qətiyyətli addımlar öz nəticəsini verdi. Azərbaycan tez bir zamanda bu iqtisadi böhrandan xilas ola bildi. Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq üçün vergi sahəsində sahibkarlığın inkişaf etdirilməsi istiqamətində bir sıra islahatlar keçirdi. Ölkədə yerlərinin çoxu bağlanmış, işsizlərin sayı çoxalmışdır. Ölkədə gedən müharibənin nəticəsində öz doğma yerlərini tərk etmiş əhalinin xeyli hissəsinin çalışmaq qabiliyyəti olsa da, yerlərinin olmaması, pulun inflyasiya nəticəsində dəyərinin aşağı düşməsi, qiymətlərin qalxması, əhalinin alıcılıq qabiliyyətinin azalması xarici dövlətlərlə iqtisadi əlaqələrin aşağı səviyyədə olması iqtisadi böhranı aradan qaldırmağa mane olurdu. Belə bir şəraitdə iqtisadi inkişafı təmin edə biləcək strateji mənbəyə ehtiyac var idi. bu strateji mənbə neft resursları idi. Heydər Əliyevin ən mühüm nailiyyətlərindən biri neft sahəsində oldu. Azərbaycan neftinin dünya bazarına çıxarılması neftdən əldə olunan gəlir ilə büdcənin gəlirlərini təmin etmək möhkəmləndirmək əhalinin yaşam səviyyəsinin yüksəldilməsində mühüm bir addım idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri”, "Çıraq”, "Günəşliyataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi "məhsulun pay bölgüsütipli müqavilə imzalandı. Bu bağlanmış müqavilə neft sahəsində Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi. Bu müqavilənin bağlanması ilə Azərbaycana xarici kapitalın qoyulmasının axını gücləndi. Müqavilədə adları çəkilən dövlətlər Azərbaycan ilə bütün sahələrdə əlaqələr qurmağa can atırdılar. Müqavilə yalnız Heydər Əliyevin şəxsi nüfüzu təminatı əsasında gerçəkləşməyə başladı.

Heydər Əliyevin apardığı bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan get-gedə öz inkişafını bərpa edir, qüdrətlənirdi. Əvvəl qeyd etdiyimiz kimi, Azərbaycanda iqtisadi inkişaf 2 mərhələdən ibarət idi. Birinci mərhələdə bu inkişafın tənzimlənməsi üçün müəyyən çətinliklər var idisə, artıq ikinci mərhələdə Azərbaycanın bu inkişafı bərpa etməsi üçün kifayət qədər gücü var. 1995-2003-cü illəri əhatə edən bu dövr mühüm müqavilələr islahatlar ilə bu müstəqilliyi bir daha möhkəmləndirdi. Artıq Heydər Əliyev apardığı siyasət gördüyü işlər ilə yeni inkişaf modeli - Yeni Azərbaycan modeli yaratdı. Bu inkişaf özünü hər sahədə göstərdi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, magistralları, bank, vergi, nəqliyyat başqa sahələri daxil etmək olar. Bu sahələrin inkişafı artdıqca başqa xarici dövlətlərlə iqtisadi münasibətlər güclənirdi. Bu, Azərbaycanın güclənməsinə gətirib çıxartdı. Heydər Əliyev həmişə deyirdi: "Heç bir ölkə, ən böyük bir ölkə yalnız öz çərçivəsində iqtisadiyyatını inkişaf etdirə bilməz”. Buna görə Heydər Əliyev çalışırdı ki, Azərbaycan başqa dövlətlərlə iqtisadi əlaqələri qurmaq üçün müəyyən inkişaf sahəsinə malik olsun. Heydər Əliyevin yaratdığı yeni model Azərbaycanın inkişafının sürətlənməsi dövrü kimi 1995-cı illərdən başlayaraq daha da gücləndi. Bu dövrlərdə bir çox irimiqyaslı müqavilələr bağlanmış, mühüm əhəmiyyət kəsb edən sənədlər aktlar imzalanmışdır. 1995-ci ildən başlayaraq ölkədə Ümumi Daxili Məhsulda ciddi artım qeydə alınmış həmin ildə bu artım 48 faiz olmuşdu.

Bu dövrdə Azərbaycanda kənd təsərrüfatında olan durğunluq aradan qaldırılmış, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal elmi-texniki potensialın fəal surətdə təsərüffat dövriyyəsinə cəlb olunması, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair qəbul olunmuş islahatlar bu inkişafa xeyli təkan vermişdi.

Bu gün Heydər Əliyevin əməlləri ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti gərgin əməyi nəticəsində yaşayır uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin apardığı həm xarici, həm daxili siyasət Heydər Əliyev siyasətinin davamıdır müasir şəraitdə daha da inkişafıdır. Bu siyasətin məğzində Azərbaycan dövlətinin güclənməsi, onun müstəqilliyinin qorunması, iqtisadiyyatının inkişafı əhalisinin maddi rifah halının yaxşılaşması durur. Azərbaycan Azərbaycan xalqı var olduqca Heydər Əliyev əməlləri ideyaları daim yaşayacaq qorunub saxlanacaq. 1994-cü ildə yaranmış "Heydər-Xalq, Xalq-Heydərşüarı daim ürəklərdə yaşayır!

İqtisadi islahatların əhatəsinə görə dünyada lider ölkələrdən olan Azərbaycan bu gün öz müasir çevik iqtisadi siyasətinə görə fərqlənir. Güclü əsasları olan Azərbaycan iqtisadiyyatı onun cəlbedici imkanları artıq Qərb-Şərq, Şimal-Cənub arasında inteqrasiya rolunu oynamaqdadır. Ölkə Prezidenti İlham Əliyevin düşünülmüş, gələcəyə hesablanmış iqtisadi strategiyası Azərbaycanın iqtisadi qüdrətini dayanlıqlı etməyə hesablanmışdır bu qərarlar hər keçən gün öz nəticələrini verməkdədir.

Prezident İlham Əliyevin apardığı həm xarici, həm daxili siyasətin məğzində Azərbaycanın inkişafı, müstəqilliyinin möhkəmlənməsi, əhalinin maddi rifah halının daim yaxşılaşması ölkə vətəndaşlarının təhlükəsizliyi durur. Bu meyarlar əldə olunan nəticələr insanlarda gələcəyə inamı daha da gücləndirir ölkəmizin dünyada etibarlı tərəfdaş mövqeyini durmadan möhkəmləndirir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan daha da inkişaf edəcək.

 

Tahir MİRKİŞİLİ,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2019.- 5 may.- S.6.