Müstəqil Azərbaycan ulu öndərin ən böyük əsəridir

 

Azərbaycanın özü qədər əbədi

 

Tarix sübut edib ki, hər bir xalqın, dövlətin inkişafında dahi şəxsiyyətlərin, siyasi liderlərin çox böyük rolu olmuşdur. Siyasi müdriklik, dövlət idarəçiliyində yüksək səriştə, milli maraqların hər şeydən üstün tutulması, qətiyyətlilik və dəmir iradə liderlərin fəaliyyətinin ana xəttini təşkil edir. Məhz buna görə də tarixi şəxsiyyətlər əsrlərin və nəsillərin yaddaşında əbədi yaşayırlar. Zaman ötdükcə onların xalqı və vətəni üçün etdiklərinin, ölkəsinin inkişafındakı xidmətlərinin əhəmiyyəti daha çox nəzərə çarpır.

Artıq neçə illərdir ki, Azərbaycan xalqı may ayının 10-u - dahi şəxsiyyətin anadan olduğu günü tarixin ən əziz günlərindən biri kimi qeyd edir. Ona görə ki, Heydər Əliyev şəxsiyyəti tariximizdə, milli siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükü daşıyan fenomenə çevrilib. Anadan olmasının 96-cı ildönümüsiyasi hakimiyyətə gəlməsinin 50 illiyi ərəfəsində ulu öndərin xatirəsi onu həmişə əziz tutan milyonları bir daha öz işığına toplayır, öz nuruna bürüyür.

Azərbaycanın 1970-ci illərdən başlayan inkişafı, uğurları və yüksəlişi ümummilli lider, müdrik zəka sahibi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövr quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Dövlət müstəqilliyimizin, Azərbaycan torpağında sivil inkişaf və tərəqqinin bir çox əsasları məhz bu dövrdən qaynaqlanır. Həmin dövrdə taleyin hökmü ilə Heydər Əliyevin respublikanın birinci rəhbəri mövqeyinə yüksəlməsi milli dövlətçilik ənənələrinin dirçəldilməsinin, azərbaycançılıq məfkurəsinin yeni mərhələyə daxil olmasının da başlanğıcını qoymuşdur. Siyasi tarixçilər və siyasətçilər birmənalı olaraq təsdiqləyirlər ki, təşəbbüskar, yurdsevər və qurucu lider kimi Heydər Əliyevin respublikaya birinci dəfə rəhbərlik etdiyiMoskvada sovet dövlətinin ali rəhbərliyində təmsil olunduğu iki onillikdə gerçəkləşdirdiyi kompleks tədbirlər Azərbaycanı geridə qalmış aqrar əyalətdən yüksək inkişaf etmiş bir ölkə səviyyəsinə qaldıraraq dünyada tanıtmış, bütün ölçüləri ilə gələcək suverenliyə hazırlamışdır. Milli məfkurənin dövlət ideologiyasına çevrilməsi və müasir Azərbaycan dövlətinin yaranması və qüdrətlənməsi də məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

1970-1980-ci illərdə onun rəhbərliyi ilə Azərbaycan Sovet İttifaqında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir. Onun rəhbərliyi altında o illərdə güclü sənaye potensialı yaradılmışdır ki, bu günbu potensial müasir və müstəqil Azərbaycana xidmət göstərir. Məhz həmin dövrdə qoyulan möhkəm təməl, Heydər Əliyevin təşəbbüsü ilə gerçəkləşdirilmiş layihələr Azərbaycanın dinamik iqtisadi inkişafı ilə beynəlxalq münasibətlər sistemində yerinirolunu möhkəmləndirir, siyasi təqvimimizdə daim gündəmdə saxlanılır. Bu baxımdan ulu öndərin Azərbaycanda birinci dəfə siyasi olimpə yüksəldiyi 14 iyul 1969-cu il xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunmuşdur. Heydər Əliyevin 50 il əvvəl Azərbaycanın rəhbəri seçilməsindən sonra respublikanın iqtisadi, ictimai-siyasi, mədəni tarixində həqiqətən yeni bir dövr başlanmışdır. Liderlik meydanına dərin zəkalı, yüksək enerjili, qurucu dövlət və siyasət xadimi kimi daxil olan Heydər Əliyev neçə illərin sükunətini pozmuş, milləti fəal quruculuğa yönləndirmiş, xalqın milli düşüncəsini hərəkətə gətirmişdir. Ümummilli liderin 1969-cu il iyulun 14-dən başlanan siyasi marafonu Azərbaycanın çağdaş tarixinin ən parlaq səhifələri olmaqla bərabər, bugünkü davamı ilə xalqımızı aydın gələcəyə aparır.

Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli lider azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, ulu öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.

Dünya siyasətində dəst-xəti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı ilə fərqlənən Heydər Əliyev müdriklik simvolu kimi nümunə göstərilir. Bu cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəldib.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdan ulu öndər müstəqilliyimizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı öz üzərinə götürdü. O dövrdə təsəvvür etmək çətin idi ki, ömrünün müdrik çağında olan və çoxsaylı təhdidlərə məruz qalan Heydər Əliyev yenidən hakimiyyətə qayıtsın. Buna rəğmən bu güclü şəxsiyyətin heç nədən çəkinmədən, öz həyatını belə təhlükəyə ataraq, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib siyasət meydanına atılması xalq və dövlət qarşısında misilsiz fədakarlığı idi. Həmin dövrdə ulu öndər heç bir təhlükədən qorxmadığını və yenidən xalqa ləyaqətlə xidmət edəcəyini hər kəsə bəyan etdi: "Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm”.

Azərbaycanı hərtərəfli tərəqqi yoluna çıxaran dahi rəhbərin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrün nailiyyətləri göz önündədir: ictimai-siyasi sabitlik, güclü iqtisadiyyat, möhkəm sosial təsisatlar, qüdrətli ordu, regionda lider mövqe, beynəlxalq aləmdə nüfuz. Bütün bunlar Azərbaycanın həqiqətləridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ən mühüm uğurlardan biri isə atəşkəsin əldə edilməsi oldu.

Belə bir faktı qeyd etməyə dəyər ki, Heydər Əliyevin ölkə iqtisadiyyatında köklü dəyişikliklərə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə məhz atəşkəsdən sonra başlanıb və 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə "Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalanıb. 25 il öncə müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasına, neft salnaməsinə qızıl hərflərlə yazılan bu tarix dahi şəxsiyyətin yeni neft strategiyasının təntənəsi kimi yaddaşlara əbədi həkk olunub. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər sırasına düşüb.

Heydər Əliyevin böyüklüyü, dövlətçilik səriştəsi onda idi ki, o, hüquqi dövlət quruculuğu işində humanizm prinsiplərindən yerində və düzgün istifadə etməyi uzaqgörənliklə, müdrikcəsinə bacarırdı. O, hər zaman xalqının yanında idi, hər bir vətəndaşa qayğı ilə yanaşır, həmişə xalqın taleyi haqqında düşünürdü. Dahi şəxsiyyət vətən üçün, xalq üçün doğuldu, ölkənin tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün cəsarətlə çalışdı. Bununla da xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Məhz buna görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir.

Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, dahi şəxsiyyət qurub-yaratdığı, şah əsəri olan müstəqil respublikamızın taleyini layiqli davamçısı cənab

İlham Əliyevə əmanət edib. Heydər Əliyev dühasından bəhrələnərək onun siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan dünyada qüdrətli dövlət kimi tanınır. Bir zamanlar "Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaqfikrini səsləndirəndə sanki dahi lider bu günləri görürdü və həqiqətən, bu gün yaşadığımız ölkə Heydər Əliyevin görmək istədiyi məhz həmin Azərbaycandır. Çünki möhtərəm Prezident İlham Əliyev ulu öndərin müəyyən etdiyi inkişaf konsepsiyasını uğurla icra edərək, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə, iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkəyə çevirib.

Yatırılan investisiyalar, reallaşan transmilli layihələr və sosial proqramlar Azərbaycanın uğurlu gələcəyini şərtləndirib. Azərbaycanın razılığı və birbaşa təşəbbüskarı olduğu beynəlxalq tranzit layihələri - Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub qaz dəhlizi”, "Şimal-Cənub”, "Şərq-Qərb” nəqliyyat dəhlizləri ölkəmizi dünyada neft-qaz ixracatçısına, nəqliyyat-logistika və sənaye mərkəzlərindən birinə çevirməkdədir. İqtisadiyyatın bütün sahələrinin inkişafı sayəsində ölkəmiz dünya bazarına bu gün "Made in Azerbaijanbrendi ilə yüzlərlə çeşiddə məhsul çıxarır. Bütün bu layihələr bir daha sübut edir ki, Azərbaycan son 16 il ərzində böyük və şərəfli yol keçib. İri sərmayəçi kimi mövqeyini möhkəmləndirən respublikamız regionda xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə MDB-də aparıcı dövlətlərdən birinə çevrilib.

Son illərdə Azərbaycan bütün istiqamətlər üzrə konseptual yanaşmaproqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb. İqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb.

Bu gün Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub. Cənab İlham Əliyevin ölkəmizi uğurlu gələcəyə aparan siyasəti davam etdiriləcək, respublikamız onun rəhbərliyi altında inkişaf tempini sürətləndirəcək, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq.

Ulu öndər Heydər Əliyevin dövlətçilik və humanizm ideyalarının həyata keçirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da mühüm xidmətləri var. O, ali dövlət vəzifəsinə təyin edilənədək də Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri kimi istər ölkəmizdə, istərsə xaricdə bu ideyaların gerçəkləşməsi istiqamətində böyük fədakarlıqlar göstərmişdir.

Heydər Əliyev Azərbaycanda daim sosialyönümlü bazar iqtisadiyyatının tərəfdarı olmuş, özəl sektorun dinamik inkişafı şəraitində sosial problemlərin həllində, o cümlədən işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin qanunauyğun qaydada tənzimlənməsini təmin etmək üçün dəfələrlə qanunvericilik təşəbbüsündən istifadə etmişdir. Bu gün qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının müstəqil qurum kimi formalaşması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda həmkarlar ittifaqları haqqında qanun qəbul edilmiş, bununla da bu təşkilatın normal fəaliyyətinə şərait yaradılmışdır.

Ulu öndərin uzaqgörən siyasəti sayəsində həmkarlar ittifaqlarının uzun illər ərzində yaranmış maddi-texniki bazası qorunub saxlanmış, demokratik idarəetmə prinsiplərinə əsaslanan fəaliyyətinə dəstək verilmişdir. Dahi rəhbər həmişə bu qurumun fəaliyyətini izləməyə, ona yardım göstərməyə vaxt tapmış, qurultaylarına təbrik məktubları göndərmiş, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirmiş, zəruri tövsiyələrini vermişdir.

Ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasına sadiq olan Prezident İlham Əliyevin də həmkarlar ittifaqlarının sosial-iqtisadi məsələlərlə bağlı mövqeyini dəstəkləməsi və bu sahədə mühüm qərarlar qəbul etməsi xüsusi rol oynadı.

Bu gün möhtərəm Prezident İlham Əliyevin apardığı siyasətin məqsədi ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, dayanıqlı inkişafailk növbədə Azərbaycan vətəndaşının daha yaxşı yaşamasına nail olmaqdır. Məhz buna görə də mükəmməl işlənib hazırlanmış bütün dövlət proqramlarında sosial məsələlərin həlli nəzərdə tutulur, maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması istiqamətində tədbirlər müəyyənləşdirilir.

Sosial sahədə aparılan məqsədyönlü siyasət nəticəsində ölkə əhalisinin güzəranı yaxşılaşmış, sosial obyektlərin tikintisi və istifadəyə verilməsi sürətlənmiş, məşğulluq probleminin həllində böyük irəliləyişə nail olunmuş, aztəminatlı ailələrin sosial müdafiə mexanizmi işlənib hazırlanmışdır. Sosial-iqtisadi inkişaf, vətəndaşlarımızın rifah halının yüksəldilməsi tədbirləri ardıcıl davam etdirilir, əməyin və sağlamlığın mühafizəsi, bütün kateqoriyadan olan işçilərin əməkhaqlarının və təqaüdlərin artırılması istiqamətlərində mühüm addımlar atılır.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun davamının sübutudur. Bu yüksəliş isə Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.

Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim nur ələyəcəkdir.

 

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2019.- 5 may.- S.7.