Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci
bəndini rəhbər tutaraq, "Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (I kitab), maddə
202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647,
654, ¹ 5, maddələr 835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7,
maddələr 1247, 1249, ¹ 10, maddə 1608, ¹ 11, maddələr
1769, 1774, 1781, 1783, 1786, 1788, ¹ 12, maddələr 1984, 2000, 2009,
2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹ 2, maddələr 139, 147, 152,
162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr 698, 701, 734,
749, 754, ¹ 6, maddələr 1020, 1033, 1036, ¹ 7, maddələr
1273, 1296, 1297, 1299, ¹ 11, maddələr 1964, 1966, 1969, 1979, ¹ 12,
maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018,
¹ 1, maddə 19, ¹ 2, maddələr 160, 162, 163, ¹ 3, maddələr
383, 401, 404, ¹ 4, maddə 646, ¹ 5, maddələr 857, 860, 862, 876,
883, ¹ 6, maddələr 1153, 1188; 2018, ¹ 7 (I kitab), maddələr
1434, 1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr 2188, 2191,
2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507,
2512, 2522; Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr
tarixli 1382-VQD, 1384-VQD nömrəli, 18 dekabr tarixli 1395-VQD,
1398-VQD nömrəli, 28 dekabr tarixli 1406-VQD, 1427-VQD nömrəli,
19 fevral tarixli 1516-VQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər edilsin:
1. 43.1-ci maddəyə "438.3,” rəqəmlərindən
sonra "440-1,” rəqəmləri əlavə edilsin.
2. 54.2-ci maddəyə "410.3,” rəqəmlərindən
sonra "440-1.1 (dövlət orqanlarına (qurumlarına) və
bələdiyyələrə münasibətdə), 440-1.2,
440-1.3,” sözləri əlavə edilsin.
3. Aşağıdakı məzmunda
440-1-ci maddə əlavə edilsin:
"Maddə
440-1. Daşınar əmlakın yüklülüyü
haqqında qanunvericiliyin pozulması
440-1.1. Daşınar əmlakın
yüklülüyünün dövlət reyestrinə
"Daşınar əmlakın yüklülüyü
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş məlumatların təqdim edilməməsinə,
habelə reyestrə bilərəkdən yanlış və
natamam məlumatların təqdim edilməsinə görə
-
fiziki şəxslər yüz əlli
manat məbləğində, vəzifəli şəxslər
yeddi yüz manat məbləğində, hüquqi şəxslər
iki min beş yüz manat məbləğində cərimə
edilir.
440-1.2. Daşınar əmlakın
yüklülüyünün dövlət reyestrini aparan
qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların
saxlanılması və reyestrin aparılması
qaydalarının pozulmasına görə -
vəzifəli şəxslər
min manat məbləğində cərimə edilir.
440-1.3. "Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada dövlət və bələdiyyə
yüklülüyünün açıqlanmamasına görə
-
vəzifəli şəxslər
min beş yüz manat məbləğində cərimə
edilir.”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 mart 2019-cu il
Azərbaycan.
- 2019.- 5 may.- S.8.