Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsində və “İpoteka haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı və 13-cü bəndlərini
rəhbər tutaraq,
"Daşınar əmlakın
yüklülüyü haqqında”
Azərbaycan Respublikasının
2017-ci il 2 may tarixli 667-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsinin
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 1, maddə 17, ¹ 5, maddə
323; 2002, ¹ 5, maddə 236; 2003, ¹ 1, maddələr 23, 24, ¹ 6, maddə
279; 2004, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə
761; 2005, ¹ 4, maddələr 277, 278; 2006, ¹
2, maddə 64, ¹ 12, maddə
1006; 2007, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddə 68, ¹ 5, maddə
439, ¹ 6, maddə 560, ¹ 7, maddə
712, ¹ 8, maddə 756; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə
602, ¹ 12, maddə 1046; 2009, ¹ 6, maddə 402; 2010, ¹ 2, maddə
75, ¹ 4, maddə 276; 2011, ¹ 6, maddələr 471, 476, ¹ 7, maddələr
583, 619, ¹ 12, maddələr 1096, 1105; 2012,
¹ 5, maddə 411, ¹ 6, maddə
511; 2013, ¹ 5, maddə 472, ¹ 6, maddə 625, ¹ 11, maddələr
1266, 1307; 2015, ¹ 6, maddə 677, ¹ 12, maddə 1435; 2016, ¹ 5, maddə
836, ¹ 6, maddə 1016, ¹ 11, maddələr
1761, 1763, ¹ 12, maddə 2047; 2017, ¹ 2, maddə 155, ¹ 4, maddə
523, ¹ 5, maddələr 706, 750, ¹ 11, maddələr 1935, 1975; 2018, ¹ 5, maddə 879, ¹ 8, maddə
1672, ¹ 11, maddələr 2209, 2225, ¹ 12 (I kitab), maddələr 2524,
2534) 158.1.6-cı maddəsinin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
158.1.7-ci maddə əlavə
edilsin:
"158.1.7. "Daşınar əmlakın
yüklülüyü haqqında”
Azərbaycan Respublikasının
Qanununda müəyyən
edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və
orada saxlanılmasını
təmin etmək.”.
Maddə 2. "İpoteka
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹6, maddə 461; 2007, ¹5, maddə 436, ¹11, maddə
1053; 2008, ¹5, maddə 348; 2009, ¹12, maddə 948; 2011, ¹ 7, maddə
591; 2017, ¹ 10, maddə 1773, ¹ 12 (I kitab), maddələr 2468,
2527) aşağıdakı dəyişikliklər edilsin:
2.1. Aşağıdakı
məzmunda 7.4-cü maddə
əlavə edilsin:
"7.4. Daşınmaz
əmlakın ləvazimatı
olan daşınar əmlaka dair həmin daşınmaz əmlakın ipoteka saxlayanı ilə daşınar əmlakın
yüklülük sahibinin
tələblərinin ödənilməsi
"Daşınar əmlakın
yüklülüyü haqqında”
Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilən
üstünlük hüququ
nəzərə alınmaqla
həyata keçirilir.”;
2.2. 36.1-ci maddədən
"o cümlədən” sözləri
çıxarılsın və
həmin maddəyə
"saxlayanlara” sözündən
sonra ", habelə
"Daşınar əmlakın
yüklülüyü haqqında”
Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilən
yüklülük sahiblərinə”
sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 mart 2019-cu il
Azərbaycan.- 2019.-5 may.- S.9.