Azərbaycan Respublikasının Ailə Məcəlləsində
və İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
14-cü və 17-ci bəndlərini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 30 oktyabr tarixli 1307-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Ailə
Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 3 (I kitab),
maddə 126; 2002, ¹ 12, maddə
702; 2004, ¹ 7, maddə 505; 2006, ¹ 2, maddə 66, ¹ 11, maddə
923, ¹ 12, maddələr 1005, 1006; 2007, ¹ 1, maddə 4, ¹ 8, maddə
745, ¹ 11, maddə 1053, ¹ 12, maddə
1218; 2008, ¹ 7, maddə 602; 2010, ¹ 2, maddə 70, ¹ 3, maddə
171, ¹ 5, maddə 380, ¹ 7, maddə
578; 2011, ¹ 7, maddələr 585, 620, ¹ 12, maddə 1110; 2014, ¹ 12, maddə
1515; Azərbaycan Respublikasının
2019-cu il 1 fevral tarixli 1469-VQD və 1470-VQD
nömrəli qanunları)
aşağıdakı məzmunda
196-cı maddə əlavə
edilsin:
"Maddə 196. Dəfnlərin reyestri
Dəfnlərin vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.”.
Maddə 2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (I kitab), maddə
202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr
835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə
1608, ¹ 11, maddələr 1769, 1774, 1781,
1783, 1786, 1788, ¹ 12, maddələr 1984,
2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹
2, maddələr 139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr
698, 701, 734, 749, 754, ¹ 6, maddələr
1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296,
1297, 1299, ¹ 11, maddələr 1964, 1966,
1969, 1979, ¹ 12 (I kitab), maddələr
2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr
160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404,
¹ 4, maddə 646, ¹ 5, maddələr
857, 860, 862, 876, 883, ¹ 6, maddələr
1153, 1188, ¹ 7 (I kitab), maddələr
1435, 1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr 2473,
2475, 2499, 2507, 2512, 2522; Azərbaycan Respublikasının 2018-ci il
7 dekabr tarixli 1382-VQD,
1384-VQD nömrəli, 18 dekabr
tarixli 1395-VQD, 1398-VQD nömrəli,
28 dekabr tarixli 1406-VQD,
1427-VQD nömrəli, 2019-cu il 1 fevral tarixli
1476-VQD nömrəli, 19 fevral
tarixli 1516-VQD nömrəli,
5 mart tarixli 1522-VQD nömrəli
qanunları) 54.2-ci maddəsinə
"445-1,” rəqəmlərindən sonra "516-1.2 (qəbiristanlıqların
qorunması tələblərinin
pozulmasına münasibətdə),
516-1.3 (dəfnə icazə
verilməyən ərazilərdə
dəfnlərin həyata
keçirilməsinə münasibətdə),”
sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
9 aprel 2019-cu il
Azərbaycan.- 2019.-5 may.- S.9.