“Azərbaycan
Respublikasının Əmək Məcəlləsində, Azərbaycan
Respublikasının Vergi Məcəlləsində və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2019-cu il 9 aprel tarixli 1562-VQD nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində,
Azərbaycan Respublikasının Vergi Məcəlləsində
və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2019-cu il 9 aprel tarixli 1562-VQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "Azərbaycan Respublikasının Əmək
Məcəlləsində, Azərbaycan Respublikasının
Vergi Məcəlləsində və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin Qanundan irəli gələn
digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların "Azərbaycan
Respublikasının Əmək Məcəlləsində, Azərbaycan
Respublikasının Vergi Məcəlləsində və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
2 may 2019-cu il
Azərbaycan.- 2019.- 5 may.- S.8.