Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”nda və 2017-ci il 3 may tarixli 1361 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər
üzrə protokol tərtib etmək səlahiyyəti
olan vəzifəli şəxslərin
Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 7 dekabr tarixli 1382-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 2, maddə
200, ¹ 6, maddə 1105, ¹ 9, maddə
1638, ¹ 11, maddə 1984; 2018, ¹ 2, maddə 199, ¹ 3, maddələr
415, 419, 429, ¹ 5, maddələr 915, 927, ¹ 7
(I kitab), maddə 1481,
¹ 8, maddə 1698; 2018, ¹ 11, maddələr
2242, 2289, ¹ 12 (I kitab), maddələr
2566, 2597; 2019, ¹ 1, maddə 82, ¹ 2, maddə 213; Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 12 mart tarixli
586 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”nın 11-ci hissəsi
ləğv edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 3 may tarixli
1361 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 5, maddə 765, ¹ 9, maddə
1650, ¹ 10, maddə 1789, ¹ 12 (I kitab), maddələr 2314,
2321; 2018, ¹ 1, maddə 54, ¹ 2, maddələr 200, 219, ¹ 3, maddələr
416, 430, 448, ¹ 5, maddələr 916, 919, ¹ 6,
maddə 1243, ¹ 9, maddələr
1828, 1840, ¹ 11, maddələr 2274, 2289, ¹ 12
(I kitab), maddələr
2540, 2587; 2019, ¹ 1, maddə 82, ¹ 2, maddə 216) ilə təsdiq edilmiş
"Rayon (şəhər) məhkəmələrinin baxdığı
inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”na aşağıdakı
məzmunda 65-1-ci hissə
əlavə edilsin:
"65-1. Məcəllənin
550.1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Xüsusi
Dövlət Mühafizə
Xidmətinin adından
- Xidmətin rəisi,
onun müavinləri, Feldyeger Rabitəsi İdarəsinin rəisi və onun müavini.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
2 may 2019-cu il
Azərbaycan.- 2019.- 5 may.- S. 8.