Şəkini sevən və şəkililərin rəğbətini
qazanan rəhbər
Ümummilli lider Heydər Əliyev rəhbər vəzifələrdə çalışarkən daim xalqın arasında olub və insanlarla isti münasibət qurub. Bölgə əhalisinin uğurlarına sevinib və problemlərinin həllinə dəstək olub. Bu baxımdan xalqımızın tarixində özünəməxsusluğu ilə tanınan Şəki də xüsusi nəsibini alıb.
Ümumilikdə Şəki rayonunun inkişafında ümummilli lider Heydər Əliyevin çox böyük əməyi olub. Ulu öndər siyasi fəaliyyəti dövründə dəfələrlə Şəki şəhərinə səfər edib. Dahi rəhbərlə keçirilən görüşlər şəkililərin qəlbində silinməz izlər buraxıb.
Ümummilli liderin Şəkiyə ilk səfəri 1974-cü ilə təsadüf edib. O vaxt rayonda ümumrespublika müşavirəsi keçirilirdi. Tədbirə qatılan Heydər Əliyevin birbaşa göstərişi ilə rayonda köklü dəyişikliklər, xüsusən də maldarlığın inkişafında böyük təkan baş verib. Ölkəyə maldarlığın inkişafı üçün ayrılan vəsaitin təxminən üçdəbiri - 51 milyondan 17 milyonu Şəkiyə yönəldilib. Ümummilli lider Heydər Əliyevin birbaşa göstərişi ilə Şəkinin sel sularından mühafizəsi üçün bəndlərin, Kiş çayı üzərində nəhəng körpünün və Əyriçay su anbarının tikintisinə başlanılıb. Daşüz Atçılıq İdman Mərkəzinin istifadəyə verilməsi, konserv zavodunun tikilməsi də həmin dövrə təsadüf edib.
Bu səfərdən sonra Şəkidə inkişaf sürətlə davam etdirilib. Səfərdən bir il sonra 1975-ci ildə Şəkidə ilk dəfə təbii qazın məşəli yandırılıb. 70-ci illərin sonunda isə rayon ərazisinə 71 kilometr uzunluğunda dəmiryol xətti çəkilib.
Belə səfərlərdən biri də 2002-ci ildə baş tutub. Həmin səfər əvvəldən məhz Şəki rayonu üçün planlaşdırılsa da, ulu öndər yolboyu onu salamlamağa çıxmış insanlara sevgisini çatdırmaq üçün maşın karvanını yolüstü saxladaraq İsmayıllı və Qəbələ rayonları ərazisində də sakinlərlə görüşüb və onları narahat edən problemləri dinləyib.
Ulu öndərin Şəki səfəri ilə bağlı o zaman Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında direktor müavini olan, hazırda şəhər icra hakimiyyəti başçısının mavini, ictimai-siyasi işlər və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova məlumat verir. Onun dedikləri: "2002-ci ilin noyabrında ulu öndər Şəkiyə gəldi. Bu səfər tarixi əhəmiyyətə malik idi. Ölkənin bütün kütləvi informasiya vasitələri də bu səfəri izləyirdi”.
Müsahibimizin dediyinə görə, Heydər Əliyev Şəkidə olduqca yüksək səviyyədə qarşılanıb. Maraqlı məqamlardan biri də o olub ki, şəhərdə işləyən daxili marşrutlar səmtlərini dəyişərək olimpiya kompleksi tərəfə yön alıblar. İnsanlar məhz həmin istiqamətə, özü də ödənişsiz daşınırdı. Eyni zamanda, sakinlərin böyük bir qismi kütləvi şəkildə payi-piyada rəhbərin görüşünə tələsirdi.
Noyabrın 8-də Şəkiyə gələn Heydər Əliyev olimpiya kompleksində gecələyir. Növbəti gün isə həmin obyektin açılış mərasimi olur. Zərinə xanım tribunaya qalxaraq ziyalılar adından çıxış edir.
Zərinə xanım xatirələrini
danışmaqda davam edir:
"Şəki Olimpiya İdman
Kompleksinin rəsmi açılış
mərasimi yekunlaşdı. Prezidentin olacağı məkanlar arasında əvvəldən elan olunmayanları da var idi. Sabit
Rəhman adına
Şəki Dövlət
Dram Teatrının qarşısına
minlərlə adam çıxmışdı. Bunun üçün
heç bir təşkilatçılıq olmamışdı. İnsanlar Prezident
kortecinin Şəki İpək Kombinatına oradan gedəcəyindən
xəbərdar idilər.
Bunu görən ulu öndər bir daha səmimiyyətini sərgilədi. Maşını saxladıb düşərək
orada toplaşan insanlarla görüşdü
və çıxış
etdi. Çıxışı
zamanı Şəki haqqında xoş sözlər dedi. Şəhər camaatının da
onu bu cür
qarşılamalarına görə
razılığını bildirdi. İpək kombinatında olarkən burada vəziyyətin ürəkaçan olmadığını
gördü və müəssisənin fəaliyyətinin
bərpası ilə bağlı dərhal göstəriş verdi”.
Ulu öndər kompleksdən çıxıb növbəti
obyektin açılışına
gedərkən yollarda
insan axını ilə bağlı sıxlıq səbəbindən
maşından düşüb
xeyli məsafəni piyada qət edir. Yolboyu insanlarla görüşərək
onlarla birlikdə hərəkətdə olur.
Hər kəs onu sevgi
ilə salamlayıb şəhər ictimaiyyətinin
orada olan nümayəndələri ilə
ayrı-ayrılıqda görüşür.
Heydər Əliyevin "Xan sarayı”na ziyarəti də yaddaqalan olub. Məhz onun bu səfərindən sonra saray bərpa olunub.
Həmin səfərdən sonra Şəkinin inkişafında
yeni bir dövrün, mərhələnin
əsası qoyulur. İpək kombinatının
işə düşməsi,
"Xan sarayı”nın
bərpası, çoxsaylı
sosial obyektlərin tikintisinə başlanması
deyilənlərə nümunə
göstərilə bilər.
Vacib məqamlardan biri də ümummilli liderin layiqli davamçısı, Prezident
İlham Əliyevin onun yolunu davam
etdirməsidir. Məhz elə bunun
sayəsində Şəki
bu gün də ölkəmizin ən inkişaf etməkdə olan bölgələri arasında
seçilməkdədir. Bu da özünü
sözsüz ki, sosial-iqtisadi və mədəni həyatın
bütün sahələrində
göstərir.
Əli SƏLİMOV
Azərbaycan.-
2019.- 7 may.- S.7.