250 milyard dollarlıq sərmayə

 

Dünya iqtisadiyyatı üçün yeni imkanlar yaradacaq "Bir kəmər, bir yollayihəsi Azərbaycanla Çin arasında hərtərəfli əməkdaşlığa mühüm töhfələr verəcək

 

Çinin paytaxtı Pekində keçirilən "Bir kəmər, bir yol” 2-ci Beynəlxalq Əməkdaşlıq Forumu Azərbaycanın həm Cənubi Qafqaz regionunda reallaşdırdığı beynəlxalq transmilli layihələrin əhəmiyyəti, həm son 15 ildə əldə edilən iqtisadi uğurlarının dünyaya çatdırılması baxımından mühüm platforma oldu.

150 ölkənin dəstəklədiyi, 37 dövlət hökumət başçısının qatıldığı forumda bir daha bəlli oldu ki, Azərbaycan regionda sabitləşdirici faktor, dinamik iqtisadi inkişafa malik ən islahatçı ölkə, dünya birliyinin fəal üzvüdür.

Prezident İlham Əliyev forumdakı çıxışı ilə bir daha Azərbaycan həqiqətlərini uzaq Çindən bəyan etdi dünyanın nəhəng şirkət rəhbərləri ilə danışıqlar apararaq onları Azərbaycanla işbirliklərini genişləndirməyə çağırdı. Çin Xalq Respublikasının Sədri Si Cinpin isə Azərbaycanı Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biri adlandıraraq inkişaf firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini söylədi.

Bu gün həqiqətən Azərbaycanla Çin arasındakı ikitərəfli siyasi münasibətlər yüksək səviyyədədir. Ticari-iqtisadi əlaqələr inkişaf etməkdədir. Bu əlaqələrin daha da inkişaf etməsi üçün birgə səylər göstərilir. Humanitar, mədəni digər sahələrdə əməkdaşlıq üçün çox böyük perspektivlər var. Çin Şərqi Asiya ölkələri arasında Azərbaycanla əlaqələrə xüsusi maraq göstərən dövlətdir. Çin - Azərbaycan münasibətləri tarixinə diqqət yetirsək görərik ki, bu iki ölkə arasındakı diplomatik təmaslar çox intensiv olub. 1991-ci il dekabrın 27-də Çin Azərbaycanın müstəqilliyini tanıyıb 1992-ci il aprelin 2-də iki ölkə arasında diplomatik münasibətlər qurulub. Bunun ardınca 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycanda səfirliyi açılıb, 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfiri təyin edilib. Azərbaycan da, öz növbəsində, Çinə olan marağını çox gizlətməyib 1993-cü il sentyabrın 3-də Milli Məclis Azərbaycanın Çində səfirliyinin açılması barədə qərar qəbul edib həmin il bu ölkədə səfirliyimiz fəaliyyətə başlayıb.

27 illik uğurlu diplomatik münasibətlərə nəzər yetirsək görərik ki, əlaqələr yüksələn xətlə inkişaf edib. Əgər 2003-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 111,7 milyon dollar təşkil edirdisə, bu rəqəm 2018-ci ildə 1,3 milyard dollar olub. Bu, Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43 faizini təşkil edir.

Yəni, 15 ildə bu rəqəm 12 dəfə artıb. Son dövrlərdə isə Çindən idxal 40 faiz çoxalıb. Ölkəmizdə 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ötən dövr ərzində Azərbaycandan Çinə 1,7 milyard dollar, onlardan isə respublikamıza 800 milyon dollardan artıq investisiya yatırılıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon dollar dəyərində layihələrdə Çin şirkətləri iştirak edib. Bakı Çinin təşəbbüsünə qoşularaq Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçisi olub.

Azərbaycan Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon dollar olan müxtəlif istiqamətlər üzrə sənədlər imzalanıb. Bu isə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Hazırda Azərbaycanın Çinlə ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Bununla belə, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün potensial böyükdür bu potensialın reallaşdırılması istiqamətində Azərbaycan tərəfindən ardıcıl tədbirlər görülür. Belə ki, Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsi fəaliyyət göstərir, eləcə ötən dövrdə Çinin Urumçi, Şanxay Lucou şəhərlərində Azərbaycanın ticarət şərab evləri açılıb, Honkonq, Quancou, Urumçi, Şanxay Pekin şəhərlərinə ixrac missiyaları təşkil edilib. Keçirilmiş biznes forumlar, Azərbaycan şirkətlərinin Çində təşkil olunan beynəlxalq sərgilərdə fəal iştirakı digər tədbirlər ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Eyni zamanda, Çin tərəfindən həyata keçirilən idxala dəstək siyasəti Azərbaycanın yüksəkkeyfiyyətli məhsullarının Çin bazarında təklif olunması üçün əlverişli şərait yaradır.

Məhz bu göstəricilər təsdiq edir ki, Azərbaycan Çinin Cənubi Qafqazdakı əsas iqtisadi siyasi tərəfdaşıdır.

Ümumiyyətlə, Şərqi Asiya regionunun aparıcı hegemon dövləti, geosiyasət baxımından qitənin ən təsirli ölkəsi sayılan Çini bu gün "dünya emalatxanasıadlandırırlar. Onun məhsulları ABŞ, Kanada, Avropada olduğu kimi, Azərbaycanda da kifayət qədərdir. Belə bir siyasi, iqtisadi güclə dost olmaq Azərbaycan üçün , şübhəsiz, böyük uğurdur.

2015-ci ildə Prezident İlham Əliyevin Çinə dövlət səfəri əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Səfər zamanı aparılan danışıqlar, əldə olunan mühüm razılaşmalar, imzalanmış sənədlər, o cümlədən dostluq münasibətlərinin, əməkdaşlığın daha da inkişaf etdirilməsi dərinləşdirilməsi haqqında Birgə Bəyannamə, "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyət kəsb edir.

Onu da əlavə edək ki, "Bir kəmər, bir yollayihəsi dünya iqtisadiyyatının 40, əhalisinin isə 65 faizini əhatə edir. Bu layihənin reallaşması üçün tələb olunan investisiyanın həcmi kifayət qədər çoxdur. Çin bu layihəyə 250 milyard dollar sərmayə qoyub.

Prezident İlham Əliyevin forumda söylədiyi kimi, qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin prioritet istiqamətlərindən biri nəqliyyat-tranzit sahəsidir. Çinin "Bir kəmər, bir yolstrategiyasını dəstəkləyən ilk ölkələrdən olan Azərbaycan həm bu təşəbbüsün reallaşdırılmasında fəal iştirakçıdır. "Bir kəmər, bir yoltəşəbbüsü çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından istifadə olunması iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açır. Çindən Avropaya əks istiqamətdə yüklərin daşınmasında Azərbaycanın nəqliyyat-logistika potensialından istifadə edilməsi səmərəli olmaqla yanaşı, iki ölkə arasında əməkdaşlığa önəmli töhfə verir.

Əminliklə söyləyə bilərik ki, Prezidentin Çinə işgüzar səfəri ilk növbədə iki ölkə arasında siyasi-iqtisadi münasibətəri daha da dərinləşdirəcək. Həmçinin "Bir kəmər, bir yoltəşəbbüsü istiqamətində həyata keçiriləcək layihələr daha geniş əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident bu səfəri ümumilikdə, forumu qiymətləndirərkən dedi ki, Azərbaycan bu önəmli layihənin tərkib hissəsidir. Bu layihəyə qoşulmaqla Azərbaycanın gəlirləri artacaq, maliyyə iqtisadi imkanları daha da genişlənəcək.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.-7 may.- S.1; 9.