Mərhəmətin izi ilə
Bir evə getmişdik rahat, isti, səliqəli,
yataqları yumşaq, yeməkləri ləzzətli...
O qədər oyuncaq var idi ki, elə bil nağıl dünyasının içindəyik...
Uşaqların ehtiyacı olan hər şey var burada, amma yenə də nə isə çatmır...
Bu evin sakinləri hər gələn zəngin o başında atasının, hər açılan qapının arxasında anasının olacağını ümid edir, bunu çox istəyirlər, amma...
Uşaq evindən danışırıq, atılmış, tərk edilmiş, imtina olunmuş uşaqların yeganə ümid yerindən...
1 saylı uşaq evindəydik...
Şəfqətli ana
Bu uşaqlar da deyir, gülür, sevinir, şənlənir, amma diqqətlə nəzər yetirdikdə, hər birinin gözlərinin dərinliyində məlul bir həsrətin gilələnib, hər an ürəklərinə süzüləcəyini görürsən...
Amma onların bu nisgilini, qəhərini ovudacaq xeyirxah missiyalı bir insan da var. Kimsəsizlərin ən böyük himayədarı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva...
Mehriban xanım valideyn himayəsindən məhrum uşaqların mənəvi anasıdır. Ölkəmizdəki uşaq evlərində görülən bütün işlər, əldə olunan nailiyyətlərin hamısı Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Bu uşaqlar Mehriban xanımın daim nəzarətində, şəxsi himayəsindədir.
"Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” devizini rəhbər tutaraq, heç zaman diqqətini onlardan əskik etmir Mehriban xanım Əliyeva.
İşlərinin çox olmasına baxmayaraq, hər zaman bu uşaqların taleyi ilə maraqlanır, onlara baş çəkir, bir ana kimi tövsiyələrini verir. Onların şad günlərində iştirak edir, qol götürüb oynayır, hədiyyələr verir, evlə, işlə təmin edir, bir an belə valideyn əskikliyini duymalarını istəmir...
Bununla yanaşı, hər dəfə vurğulayır ki, heç nə ata-ana məhəbbətini əvəz edə bilməz, buna görə də insanları bu məsələdə daha məsuliyyətli və daha həssas olmağa çağırır.
Kimsəsizlər evinin balaca sakinləri isə deyirlər ki, Mehriban xanımın diqqəti, mehribanlığı, qayğıkeşliyi sayəsində analarının yoxluğunu o qədər hiss etmirlər. Buna görə də hər zaman qürurla söyləyirlər ki, "biz kimsəsiz deyilik. Heç himayədarı Mehriban xanım olan uşaq kimsəsiz ola bilərmi?!”
Günəşin övladları
Günəş kimi işıq saçırlar...
Parlaqdırlar, sevimlidirlər,
hamısı da bir-birinə bənzəyir...
Bir ömür boyu - ən çox da 30 il məhrumiyyətlərlə yaşayırlar...
Heç böyümürlər, elə uşaq kimi, saf, gülərüzdürlər, ətrafa müsbət enerji saçırlar...
Axı onlar "Günəşin övladları”dırlar...
Amma daha çox daun sindromlu insanlar kimi tanınırlar...
Onlar da sevinir, qüssələnir,
kədərlənir, darıxır,
inciyirlər...
Həm də sevirlər, bunu hiss etdirməyə çalışırlar
və sevildiklərinin
də fərqində olurlar...
Daun Sindromlu Uşaqların reabilitasiya
mərkəzindəydik...
Mehriban xanım
heç böyüməyən
bu uşaqların da qayğıkeşi, sevimli himayədarıdır...
Reabilitasiya mərkəzi 2013-cü ildə
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə inşa olunub. Daim uşaqlara qayğı
və sevgisini əsirgəməyən Mehriban
xanım Əliyevanın
xüsusi nəzarətində
olan mərkəzdə
qeydiyyata düşən
ürək, görmə
və eşitmə qüsurlu daunlu uşaqlar paytaxtın müxtəlif klinikalarında
dövlət hesabına
müalicə və əməliyyat etdirilir.
Bundan başqa, mərkəzdə
mütəmadi olaraq daunlu uşaqlar üçün tədbirlər,
bayram şənlikləri
təşkil olunur.
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva vaxtaşırı
mərkəzi ziyarət
edir, onlar üçün təşkil
olunan xüsusi bayram şənliklərinə
qatılır.
Heydər Əliyev Fondu tərəfindən daunlu uşaqlara göstərilən
diqqət, qayğı
sayəsində onların
da sosial həyata dönüşü
sürətlənib, sağlıq
durumları normallaşıb.
Talassemiyasız həyata
doğru...
Burada uşaqlar
da var, yeniyetmələr
də, gənclər də...
Daş kimi donuq üzlər, heysiz bədənlər, çarəsiz döyünən
ürəklər...
Amma onların hər birinin üzündə təbəssüm
var, gözlərinin dərinliyində ümid qığılcımları parlayır...
Mehriban xanım
talassemiyadan əziyyət
çəkən bu uşaqlara da dayaq olub, onlara
bu dünyada yaşamaq, daha çox həyata tutunmaq şansı qazandırıb...
Talassemiya Mərkəzindəydik...
Heydər Əliyev
Fondunun ölkəmizdə
talassemiya ilə bağlı həyata keçirdiyi işlər,
layihələr, mərkəzin
tikilməsi, qan bankının yaradılması,
nəinki talassemiyalı
insanların vəziyyətinin
yaxşılaşdırılmasına, hətta yaxın zamanlarda Azərbaycanda talassemiyasız həyata
nail olmağa yönəlib...
Pənah ünvanı
Ətrafımızda çoxlu
uşaqlar var...
Bəziləri oynayır,
bəziləri gülür,
bəziləri isə
öz dünyalarına
çəkilərək hey susurlar...
Danışmaq istəyirik,
amma...
Nəzərləri daim yayğındır, göz
təmasından qaçırlar,
bəzən də çox aqressivdirlər...
Onlar autizmlidirlər və bir ömür
boyu bu sağalmaz
dərdlə yaşamağa
məhkumdurlar...
Psixi Sağlamlıq Mərkəzindəydik...
2 övladı autizm olan Arifə
adlı çarəsiz
ana ilə həmsöhbət oluruq:
"Böyük oğlumun
16 yaşı var, amma öz yaşıdlarından
geri qalıb, nə danışa, nə də müstəqil hərəkət
edə bilir, autizm xəstəsidir. İkinci qızım da bu xəstəlikdən əziyyət çəkir.
Çox
çarəsiz idim.
Rayonda yaşadığım üçün
uşaqların müalicəsi
çox çətin
idi. Amma ümidimin, gücümün
tükəndiyi anda Heydər Əliyev Fondu, Mehriban xanım qolumdan tutdu. Uşaqlarımın
müalicəsi üçün
bizi bura, Psixi Sağlamlıq Mərkəzinə göndərdi,
onlara çox minnətdaram...”
Uşaqları bəxtəvər
görmək istəyi
İl boyu yuxarıda sadalanan ünvanlarda olmuş, materiallar hazırlamışıq? Hər birində
uşaqların fərqli
dünyası, taleləri
ilə qarşılaşmışıq.
Amma dəyişməyən,
fərqli olmayan yalnız onlara göstərilən qayğı
və diqqət, Mehriban xanım Əliyevanın şəxsi
nəzarəti ilə
Heydər Əliyev Fondunun gördüyü müstəsna işlər
olub...
Biz cəmi 4 zümrənin təmsilçiləri
ilə həmsöhbət
olmuş, onları əhatə edən qayğının şahidinə
çevrilmişik, amma
bunlar Heydər Əliyev Fondunun bu və digər
istiqamətlərdə həyata
keçirdiyi işlərin
dəryada damla misalıdır...
Bu gün həyatdan ümidi üzülən körpələrin
yaşam şansı,
kimsəsiz uşaqların
himayədarı, çarəsi
tükənən anaların, nənələrin
dayağıdır Mehriban
Əliyeva...
Elə bu yaxınlarda Şamaxıda
zəlzələ bölgəsində
evi qəzalı vəziyyətdə olan 87
yaşlı Humayın
nənəyə olduğu
kimi: "Yaş yarımlıq nəticəmin
böyrəyində ciddi
problem vardı. Bir böyrəyi
tamamilə sıradan çıxmışdı. Heydər Əliyev Fonduna müraciət etdik. Birinci vitse-prezident bizə yardımçı oldu və nəticəm ölümdən qurtuldu.
Tanrı Prezidentimizi, onun təmiz qəlbli, insansevər həyat yoldaşını
qorusun”.
Bu cür misalların sayı on minlərlədir...
Mehriban xanım
əvəzsiz bir mərama söykənib: Azərbaycan uşaqlarını
bəxtəvər görmək
istəyir.
İstəyir ki, bütün uşaqlar xoşbəxt olsun, gözlərində heç
zaman yaş gilələnməsin, üzlərində
kədər cığır
salmasın...
Və bu ali və
bəşəri missiyaya
da nail olur...
Yasəmən MUSAYEVA
Azərbaycan.-
2019.- 8 may.- S.8.