Mədəniyyət naziri Lənkəranda vətəndaşlarla görüşüb

 

Yerlərdə tarixi abidələrin qorunması və tədqiq edilməsi, uşaq musiqi məktəblərinin, mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, kitabxana fondlarının zənginləşdirilməsi kimi bu və digər məsələlər mədəniyyət naziri Əbülfəs Qarayevin mayın 7-də Lənkəran şəhərində vətəndaşlarla görüşündə səsləndirilib.

Ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir.

Mədəniyyət naziri Əbülfəs Qarayev Lənkəran şəhər Mədəniyyət Mərkəzində Lənkəran, AstaraLerik rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2019.- 8 may.- S.9.