Krımdan Berlinədək...
Qurban kişinin 102 yaşı var. İkinci Dünya müharibəsi başlayanda özü demişkən, bığ yeri təzəcə tərləyirdi. O qədər arzuları, istəkləri vardı ki... Müharibə hamısını yarımçıq qoydu.
Döyüş yolu Krımdan başladı. Sonra görmədiyi, adını kitablardan oxuduğu şəhərlərdə olub, ən çətin döyüşlərdə iştirak etdi.
Müharibə veteranı dedi ki, atası Seyid kişi onu müharibəyə yola salanda bir qədər kövrəlsə də, xeyir-duasını unutmadı: "Get, özündən muğayat ol, amma düşmənə macal vermə ki, bu tərəflərə göz diksin. Mütləq bizi xatırlayarsan - ananı, bacılarını, qohum-əqrəbalarını, bu kəndi-kəsəyi...”
Qurban Ziyadov Qəbələ rayonunun dağ kəndində - Qəmərvanda doğulub. Kənd-kəsək işlərində atasına yardımçı olub, ən ağır işlərin qulpundan yapışıb. İndi 19 nəvənin, 4 nəticənin, 3 kötükcənin babası, 4 övlad atasıdır. Elin-obanın sayılıb-seçilən ağsaqqallarındandır. Yaşı çox olsa da, öyüd-nəsihəti tükənməyib. Onun xeyir-duası ilə o qədər ailə ərsəyə gəlib ki... Deyir bəzən 2-3 gün dağlarda, meşələrdə ac qalırdıq. Amma geriyə dönmək, torpağı düşmənə təslim etmək barədə düşünmürdük. Stalinqradda ağır döyüşlər gedəndə mənə Marşal Jukovla görüşmək qismət oldu. Bizə dəyərli məsləhətlər verdi. Vaxtın-vədənin qədrini bilək deyə komandirimizə öz qol saatını hədiyyə etdi. Müharibədə çox şeylərin şahidi olduq - itkilərin, əzabların, ağır döyüşlərin. Gərək dözüm göstərməyi bacarasan. Nəvələrimə o ağır günlərdən saysız-hesabsız xatirələr danışmışam.
Qurban kişi övladlarından söhbət açanda da qürur hissi keçirir, fərəhlənir. Deyir ki, bu gün məni yaşadan, gümrah saxlayan övladlarımın xoş xəbəri, layiqli əməlləridir. Çoxunun ali təhsili var, hərəsi bir sahədə çalışır.
Qurban dayı yaşının bu çağında da qıvraq görünür. Həyətyanı sahəsində gücü çatan işin qulpundan yapışır. Deyir ki, bu ağacların çoxunu müharibədən qayıdandan sonra əkmişəm. Hər il barından övladlarım sovqat aparırlar.
Müharibə veteranı
dolanışığından, güzəranından da razılıq etdi. Dedi ki, dövlət bizi unutmur. Heç nəyin sıxıntısını
keçirmirik. Müharibə veteranlarına qayğı-kömək
ildən-ilə artır.
Bizim sosial şəraitimizi yaxşılaşdırmaq üçün
dövlət heç
nəyi əsirgəmir.
İndi Azərbaycanın ən ucqar kəndlərində də qaz, su,
yol problemi həll olunur. Prezident dəfələrlə Qəbələ
rayonunda da sadə adamlarla, müharibə veteranları
ilə görüşüb.
Bizim ən zəruri ehtiyaclarımızı, problemlərimizi
yerindəcə öyrənib,
həlli üçün
tapşırıqlar verib.
Dövlət başçısının tapşırığı ilə
müxtəlif nazirliklərin
rəhbərləri də
görüşlərə gəlir. Son illər belə görüşlər Qəbələdə
də keçirilir.
Bütün bunların səmərəsi
hər birimizdə fərəh, qürur hissi yaradır.
Qurban kişi Prezidentin son aylarda imzaladığı
sərəncamlarından da
söz açaraq dedi ki, hər
şey xalqın xeyrinə hesablanıb. Təqaüdlər, sosial yardımlar
dəfələrlə artırılıb.
Onun da ən böyük
arzusu torpaqlarımızın
işğaldan xilas olmasını görməkdir.
9 may Qələbə Günü
münasibətilə yaşıdlarını
təbrik edib, xalqımıza firavanlıq,
dövlətimizə güc,
qüdrət arzuladı...
Bəşir ŞƏRİFLİ
Azərbaycan.-
2019.- 9 may.- S.10.