Zaman Azərbaycanın xeyrinə işləyir

 

Proseslər ölkəmizin ərazi bütövlüyünün bərpasına doğru gedir

 

Bu gün Ermənistan ilə Azərbaycan arasında atəşkəs elan edilməsindən 25 il ötür. 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu” mayın 12-də qüvvəyə minmişdir və həmin gündən cəbhə xəttində fəal hərbi əməliyyatlar dayandırılmışdır.

Lakin bu illər ərzində cəbhə xəttində tam olaraq atəşin kəsilməsindən söhbət belə gedə bilməz. Ötən 25 ildə atəşkəs razılaşması sadəcə nisbi xarakter daşımışdır. Xüsusən 2014-cü ilin avqustnoyabr aylarında, 2016-cı ilin aprelində erməni hərbi birləşmələrinin təxribatlarının qarşısının alınması ilə əlaqədar cəbhə xəttində baş verənlər göstərdi ki, müharibə davam edir.

Atəşkəs razılaşması barədə söhbətlər ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 1994-cü ilin əvvəllərindən başlamışdı.1993-cü ilin iyun ayından ölkəyə rəhbərliyə başlayan Heydər Əliyev səriştəsiz iqtidarların Azərbaycana "mirasqoyub getdikləri çox ciddi problemləri həll etməli oldu. Müstəqilliyimizin qorunub saxlanılması, ictimai-siyasi sabitliyin yaradılması istiqamətində mühüm addımlar atıldı. Bunlara paralel olaraq ulu öndərin 1993-cü ilin noyabrında ordu ilə bağlı müraciəti ölkəmizdə ordunun formalaşdırılması prosesinin start nöqtəsi kimi tarixə düşdü. Çox keçmədi ki, yenidən formalaşdırılan Azərbaycan Ordusu FüzuliMurov istiqamətlərində erməni ordusunun mövqelərinə əhəmiyyətli zərbə endirdi, işğal olunmuş ərazilərimizin bir hissəsi azad edildi. Xüsusən Horadiz əməliyyatı Ermənistanda ciddi təşviş doğurdu. Azərbaycanda hərbi quruculuğun çox sürətlə getməsi qarşı tərəfi işğalçılıq planlarını davam etdirmək arzusundan çəkindirdi və 1994-cü ilin may ayında Ermənistan hakimiyyəti atəşkəs haqqında sazişin imzalanmasına razılıq verməli oldu.

Atəşkəsdən sonra aparılan sülh danışıqlarında ATƏT-in Minsk qrupu hamı tərəfindən tanınan yeganə vasitəçidir. Münaqişənin həlli üçün hüquqisiyasi addımlar beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Bu təşkilatların müvafiq sənədlərində erməni qoşunlarının Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir.

Aparılan sülh danışıqlarına gəldikdə isə, bu məsələ artıq ilk vaxtlardan regional müstəvidən çıxaraq beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb. Lakin təəssüflə qeyd etməliyik ki, Minsk qrupu vasitəsilə aparılan sülh danışıqları 1994-cü ildəki atəşkəs razılaşmasından bəri nəticəsiz qalır. İndiyədək problemin həlli ilə bağlı bir neçə variant nəzərdən keçirilib. Amma bütün həll variantları məhz Ermənistanın qeyri-konstruktivliyi ucbatından alınmayıb.

Azərbaycan problemin həllinə dair vasitəçilərin təqdim etdiyi hər bir variantı dəstəkləsə də, Ermənistan bunu etməyib və həm birbaşa, həm də dolayısı regiondakı status-kvonun dəyişməz qalmasına çalışıb.

"Bişkek protokoluna əsasən, atəşkəs rejimi real sülh addımları ilə müşayiət olunmalı idi. Sənədə görə, yaxın vaxtlarda işğal olunmuş ərazilərin boşaldılması, kommunikasiyaların bərpası və köçkünlərin geri qaytarılmasını nəzərdə tutan "etibarlı sülh sazişi” imzalanmalı idi. Lakin "ən yaxın günlər” əvvəlcə aylar, sonra illərlə əvəzləndi. Məsələnin təəssüf doğuran tərəfi isə Ermənistanın nümayiş etdirdiyi ədalətsiz mövqenin Avropanın və dünyanın gözü qarşısında baş verməsidir. Avropadakı mövcud münaqişələri qəti şəkildə aradan qaldıran beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünün pozulmasına olan etinasız münasibəti, məsələyə yanaşmada ikili standartlardan çıxış etməsi, işğalçını öz adı ilə çağırmaqdan çəkinməsi nə qədər acı olsa da gözümüzün önündə baş verən reallıqdır. Prosesə real təsir imkanlarına malik olan siyasi dairələr problemin həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə etmək istəmirlər.

Bu müharibədə uduzan tərəf Ermənistan və onun xalqıdır. Çünki əslində bu ölkə özünün təcavüzkar siyasətinin qurbanı olubregionda gedən bütün inkişaf proseslərindən kənarda qalıb. Azərbaycan yürütdüyü siyasətlə bu işğalçı dövlətin regional layihələrə qoşulmasına imkan verməyib. Beləliklə, Ermənistan qonşuları ilə normal münasibətlər yarada bilməməsi səbəbindən iqtisadi blokadada qalıb və 25 il əvvəl olduğu kimi, indi də erməni xalqı səfalət içində yaşayır. Bu da nəticə etibarilə Ermənistanda başqa bir problemə - əhalinin sürətlə azalmasına gətirib çıxarıb.

Azərbaycan isə sürətlə inkişaf edən, regionun lideri olanburadan keçən bütün qlobal əhəmiyyətli layihələrin taleyini müəyyən edən dövlətdir. Respublikamızın iştirakı və razılığı olmadan bölgədə hər hansı iqtisadi layihənin reallaşması mümkün deyil. Dünyanın enerji təhlükəsizliyinə, terrorzimlə mübarizəyə böyük töhfələr verən Azərbaycan həm də dünya birliyində özünə layiqli yer tutub.

Ermənistanın status-kvonu cidd-cəhdlə saxladığı 25 ildə Azərbaycan böyük inkişaf yolu keçərək, həm də silahlı qüvvələrini gücləndirib. Ölkəmizdə ordu quruculuğu məsələləri daim gündəmdə olmaqla dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Sürətli inkişafımız və maliyyə imkanlarımızın artması bu sahədə aparılan işlərin yeni keyfiyyət mərhələsinə qaldırılmasına təkan verib. Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti sayəsində silahlı qüvvələrimizin əsasını təşkil edən bütün hərbi birləşmələrin döyüş qabiliyyəti yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib. Silahlanmada kəmiyyətlə yanaşı, əsasən keyfiyyətə üstünlük verilib. Ordumuzun arsenalına xüsusən müasir hərbi sənayenin ən son texnologiyaları cəlb olunub ki, bununla da Azərbaycan Silahlı Qüvvələrinin modern hərbi gücə çevrilməsi baş verib. Bu gün ordumuzun arsenalında ən müasir tanklar, piyada döyüş maşınları, zirehli transportyorlar, zenit raket sistemləri, artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, taktiki raketminaatan kompleksləri, ağır odatan sistemlər, pilotsuz uçuş aparatları yer alıb. Dünyanın hərbi baxımdan qabaqcıl dövlətlərinin tətbiq etdikləri hava hücumundan müdafiə sistemləri Azərbaycanın səmadan etibarlı müdafiəsini təmin edir.

2016-cı ilin aprelində ordumuzun əks həmlə ilə düşmənə vurduğu sarsıdıcı zərbə ilk növbədə silahlı qüvvələrimizin yüksək döyüş imkanlarının təsdiqi kimi tarixə düşdü. Eyni zamanda, bir daha aydın oldu ki, xalqımız ərazi bütövlüyünün bərpası və işğal altındakı torpaqlarımızın erməni tapdağından azad edilməsi üçün istənilən an müqəddəs savaşa hazırdır.

Azərbaycan danışıqlar prosesinə hələlik sadiqdir. Ölkə rəhbərliyi substantiv danışıqlara hazır olduğunu daim bəyan edir, münaqişənin nəticəyə yönəlik intensiv danışıqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyir. Bu mövqe Prezident İlham Əliyevin Ermənistanın baş naziri N.Paşinyanla Vyana görüşündə ifadə olundu. Amma Ermənistanın yeni hakimiyyəti ilk gündən bu məsələdə ziddiyyətli mövqe nümayiş etdirir, sanki yaxasını əldə oluna biləcək razılaşmadan kənara çəkmək, məsuliyyətdən uzaq durmaq istəyir.

Yerevan siyasi dairələrində etiraf etməsələr , çox yaxşı anlayırlar ki, ölkənin inkişafı gələcəyi üçün ilk növbədə Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır. Ancaq bu ölkə öz təcavüzkarlığının girovluğundan xilas ola bilmir. Ona görə torpaqlarımızı işğal altında saxlaması, heç bir sülh razılaşmasına getməməsi Ermənistanın dövlətçiliyinə xalqına fəlakətdən səfalətdən başqa heç gətirməyəcək. Görünən odur ki, bütün hallarda proseslər Azərbaycanın ərazi bütövlüyünün bərpasına doğru gedir.

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.-12 may.- S.5.