Gənclik sülhharmoniya uğrunda mübarizədə olmalıdır

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun plenar sessiyasında bu barədə ətraflı fikir söylədi

 

Ölkəmizin son illər ərzində dinamik sosial-iqtisadi inkişafında, həmçinin əldə etdiyi uğurlarda gənclərin rolu danılmazdır. Prezident İlham Əliyevin gənclər siyasətində müəyyən etdiyi prinsiplər Azərbaycan gəncliyinin biliyinə, bacarığına, gələcəyinə böyük inamı, dövlətin sabahına məsuliyyətini önə çəkməklə, qarşıya çox mühüm vəzifələr qoyur. Çünki onların belə məsuliyyətli məsələlərdə önəmli rolu var.

Azərbaycan gəncliyi özünün aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində xüsusi fəallıq göstərir. Sevindirici hallardan biriodur ki, gənclər bu gün cəmiyyətin avanqard qüvvəsinə çevrilməkdədir.

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması” mövzusunda keçirilən ikinci plenar sessiyasında iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva bildirdi ki, Azərbaycanın gələcəyi gənclərimizin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyi və milli-mənəvi dəyərlərə sədaqətindən asılıdır. Uğurla həyata keçirilən gənclər siyasətinin bu gün təkcə ölkəmizin ərazisi ilə məhdudlaşmadığını, onun hüdudlarından kənarda da geniş yayıldığını diqqətə çatdıran Leyla xanım xüsusi vurğuladı ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı gənc öz doğma Vətəni ilə qürur duyur, milli maraqların qorunması naminə səyini əsirgəmir.

 

Əməkdaşlıq, anlaşmabütün bəşəriyyətə rəğbət

 

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinosun moderatorluğu ilə keçirilən plenar iclasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən sessiyada qoyulan məsələnin aktuallığını diqqətə çəkdi: "Bu platforma sülh şəraitində yaşamanı daim təbliğ etmişdir. Dünyamızı daha yaxşı etmək üçün bir çox ölkələrdən insanları burada bir arada görmək olduqca xoşdur. Bu gün bizim hamımızın burada bir araya gəlməyimizin səbəbi zəngin fərqliliklər, mədəni müxtəlifliklər, bəşəri dəyərlər və anlaşmadır”.

Sülhün və müxtəlifliyin təbliğində məhz gənclərin rolunu xüsusi qeyd edən Leyla xanım Əliyeva vurğuladı ki, onların çoxsaylı şəbəkələr yaratmaq, həm də bütün mümkün sərhədləri keçmək kimi gözəl qabiliyyətləri var: "Sülhharmoniya uğrunda mübarizədə gənclərə əksər hallarda ümidsiz romantiklər kimi baxırlar. Amma deyərdim ki, bu, qeyri-səmimi yanaşmadır. Əminəm ki, gənclərin dialoqa açıqlığı sülhə və rifaha gətirib çıxaracaq. Təhsil yalnız bilik və peşəkar inkişaf bacarıqlarının qazanılması deyil. Həmçinin mənəvi təhsil də bunlar qədər vacibdir. Bu baxımdan ailələr və məktəblər iki mühüm təsisatdır. Əməkdaşlıq, anlaşmabütün bəşəriyyətə rəğbət və hörmət dəyərləri aşılayan ailə uşaqları sülhpərvər dünyaya hazırlamaqda mühüm rol oynayır. Bunlar olmayanda boşluğu nifrət və dözümsüzlük doldurur. Eyni zamanda, gənclərə doğru-düzgün təhsil vermək onların tam potensialının reallaşması üçün çox vacib bir amildir...”Heydər Əliyev Fondunun vitse-prezidentinin xüsusi vurğuladığı kimi, gənclərin tez öyrənmək, eləcə də prosesləri izləmək, çoxsaylı məlumatları əldə etmək bacarıqları var. Həmçinin onlar ətraf mühitin mühafizə olunması və təbiətin bizə bəxş etdiyi nemətlər barədə çox məlumatlıdırlar. Bununla belə, gənclərə həddindən artıq təzyiq göstərilməməlidir: "...Bəzən ən intellektli gənclər belə tam xoşbəxt olmurlar. Ona görə də biz gənclərə dəstək göstərərək bundan da yaxşı bir dünya yaratmağa nail olmalıyıq ki, onlar gözəl planetdə və harmoniya içərisində yaşamaqdan daha çox zövq alsınlar. Yüksək texnologiyanın inkişafı sayəsində biz fikirlərimizi daha sürətlə ifadə edirik. Bizim fikirlərimiz ən güclü enerjilərdəndir, hətta işıq sürətindən də sürətlidir. Dünya bu potensiala investisiya yatırmalı və əmin olmalıdır ki, gənc nəslin inkişaf üçün bütün zəruri imkanları var. Bu gün dünyada gənclərin sayı daha çoxdur. İdeyalar və yüksəlişlər bütün planetin gələcəyini dəyişə bilər. Amma əfsuslar olsun ki, 617 milyona yaxın gənc hələ də riyazi və ədəbi biliklərdən məhrumdur. Bu, o deməkdir ki, biz çox dəyərli bir potensialı itiririk. Məhz gənclər tərəqqinin təcəssümüdür. Hər bir yeni nəsil əvvəlkindən daha mütərəqqi, humanist, həssas, tolerant açıqfikirlidir. Bu isə tarixin təbii təkamülüdür. Gəlin gənclərə öz enerjilərini qlobal problemlərin həllinə yönəltməkdə kömək edək, gəlin hamılıqla onlara dəstək olaq.

 

Mənfi düşüncələri dəyişmək üçün gözəl fürsət

 

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos sessiyanı mənfi düşüncələri dəyişmək üçün gözəl fürsət adlandırdı, gəncləri ekstremizm, nifrət kimi amillərdən qorumağın vacibliyini vurğuladı.

Sessiyadakı müzakirələr cəmiyyətdə gənclərin rolu, təhsil, sülh quruculuğu dinlərarası dialoq mövzularını əhatə etdi. Somali Stabilləşmə Təşəbbüsünün biliyin idarə olunması strateji kommunikasiyalar üzrə rəsmisi Nacma Əhməd-Hüseyn ölkəsində müxtəlif etnik qrupların bir araya gəlməsi üçün həyata keçirilən layihələrdən söz açdı.

Sənədli filmlər rejissoru Roda Siad reallaşdırdığı layihələr vasitəsilə miqrasiya böhranı, qaçqınların digər ölkələrdə sığınacaq axtaranların taleyi, onların qarşılaşdığı çətinliklər barədə cəmiyyətə məlumatların verilməsinin əhəmiyyətinə toxundu. Erbildə "Malteser İnternational”ın ictimai əlaqələr üzrə məsləhətçisi Sara Markieviç İraqdakı icmalar arasında qeyri-sabit vəziyyət barədə danışaraq bu istiqamətdə dinlərarası dialoqun roluna nəzər saldı.

Zorakı ekstremizmin qarşısının alınması üzrə mütəxəssis Selim Çerkau terrorizmə görə məhkum edilmiş məhbuslar arasında maarifləndirmə işlərinin aparılması, onların cəmiyyətə adaptasiyası baxışlarının dəyişməsi istiqamətlərində həyata keçirilən layihələri vacib hesab etdi.

Pakistan Gənclər Alyansının "Peace Rickshaws” layihəsinin təsisçisi Syed Ali Abbas Zaidi zorakı ekstremizmə qarşı 15 min nəfəri əhatə edən layihə onun nəticələri ilə bağlı fikirlərini çatdırdı.

 

Kaş, sevdiyi qədər sevilə insan...

 

Bu forumun iştirakçılarının əksəriyyətinin yaradıcı gənclər, maraqlı qlobal mövzuların layihə rəhbərləri olması da diqqətçəkən məqamlardandır. Belə gənclərdən biri "Efemerides”in təsisçisi Fatoumata Kebe idi. Gənclərə imkanlar yaradılması, problemlərin həllində onlara səlahiyyət verilməsi istiqamətində həyata keçirilən layihəsindən bəhs edən müəllif qeyd etdi ki, Malidə yalnız 30 faiz qızların məktəbə getmək imkanı var onun rəhbərlik etdiyi təşkilat isə belə ölkələrdə müxtəlif fənlər üzrə dərslər təşkil edir.

Mərkəzi Avropa Universitetinin beynəlxalq münasibətlər üzrə magistr namizədi Corc Antonio Şavez Mazuelos, "Sri Lanka Unites” Gənclər Hərəkatının milli direktoru Liyanaaraççig Neluni Tillekeratne, "Emkan Education”nın məktəb məzmun üzrə direktoru həmtəsisçisi Sara Zaini, BMT-nin Gənclər Siyasəti üzrə mütəxəssisi Ansa Qliqa, Dinlərarası Mediasiya Mərkəzinin həmicraçı direktoru İmam Muhammad Nurayn Aşafa, Dinlərarası Mediasiya Mərkəzinin həmicraçı direktoru Pastor Ceyms Movel Vuye, "Burson, Cohn and Wolf”un idman hesabları üzrə baş icraçısı Nevena Vukasinovic, Lvov şəhər merinin dini məsələlər üzrə müşaviri Taras Dzyubanski başqaları panel iclasında gənclərin fəallığı üçün proqramların əhəmiyyətini, zorakılığa, terrorizmə məruz qalanların təhsil almasında təqaüd proqramlarının faydasını qeyd etdilər.

Xatırlatmaq yerinə düşər ki, ictimai-siyasi fəaliyyəti dövründə daim gəncliyin potensialının üzə çıxmasında fəallıq göstərən, bir-birindən maraqlı layihələrlə onların enerjisini müsbət istiqamətə yönəldən Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla xanım Əliyeva Romada keçirilən Xaricdə Təhsil Alan Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun iştirakçılarına müraciətində bir daha bu məsələləri diqqət mərkəzində saxlamışdır: "Azərbaycan hökumətinin dəstəyi ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdəDövlət Proqramı çərçivəsində həyata keçirilən bu forum miqyasına görə ASAIF tədbirlərinin ən böyüyüdür. Əgər Strasburq, BudapeştVyana forumlarında əsasən Avropada təhsil alan tələbələrə üstünlük verilirdisə, indi ASAIF dünyanın müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı gəncləri Romaya gətirərək Azərbaycan həqiqətlərinin beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılmasına, Azərbaycanın gələcəyi ilə bağlı fikir mübadiləsinin aparılmasına müvəffəq olmuşdur. Bu baxımdan, forum iştirakçıları arasında AmerikaUzaq Şərq, Asiya ölkələrində, Afrika və Latın Amerikasında təhsil alan tələbələri görmək təqdirəlayiq haldır”.

Gənclik, sözün əsl mənasında, gələcək olduğu kimi, həyatda ən vacib olan sevgidir, xoşbəxtlikdir, birlikdir, anlaşmaqdır və bir-birini təmənnasız şəkildə dəstəkləməkdir. Bütün bunlar isə hər bir fərd üçün sağlam həyat deməkdir. Ona görə də müdriklərimiz heç də ötəri yerə deməyib: "Kaş, sevdiyi qədər sevilə insan...”

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 12 may.- S.6.