Avropa İttifaqı
Azərbaycanın əsas
ticarət tərəfdaşıdır
Mayın 13-də Avropa İttifaqı Şurasının prezidenti
Donald Tuskun adından Şərq Tərəfdaşlığı
ölkələrinin dövlət
və hökumət başçılarının şərəfinə
şam yeməyi verilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev şam yeməyində iştirak edib.
Əvvəlcə Prezident İlham Əliyev və Prezident Donald Tusk birgə foto çəkdirdilər.
Sonra Şərq Tərəfdaşlığı
ölkələrinin dövlət
və hökumət başçıları rəsmi
foto çəkdirdilər.
Avropa İttifaqı Şurasının
prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət
və hökumət başçılarının şərəfinə
verilən şam yeməyində çıxış
edən Prezident İlham Əliyev qeyd etdi ki,
Azərbaycan Şərq
Tərəfdaşlığı Proqramında iştirak edən fəal ölkələrdən biridir.
Dövlətimizin başçısı bildirdi
ki, Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə
də sıx əlaqələrə malikdir. Belə ki,
Azərbaycanın Avropa
İttifaqının üzvü
olan doqquz ölkə ilə əlaqələri strateji
tərəfdaşlıq xarakteri
daşıyır.
Dövlətimizin başçısı, həmçinin
bildirdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
və təşkilatın
üzv dövlətləri
ölkəmizdə aparıcı
sərmayəçi qismində
çıxış edirlər.
Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı
olan Ermənistan və Azərbaycan arasında münaqişənin
öz həllini tapmamasını təəssüflə
qeyd etdi. Dövlətimizin
başçısı torpaqlarımızın
20 faizinin Ermənistan
tərəfindən işğal
olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın
və məcburi köçkünə çevrildiyini
vurğulayaraq bildirdi ki, 25 ildən çoxdur bu münaqişə davam edir. Prezident İlham Əliyev qeyd etdi ki,
bu münaqişə yalnız beynəlxalq hüququn norma
və prinsiplərinə
uyğun şəkildə,
BMT Təhlükəsizlik Şurasının
qətnamələri əsasında,
Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi
və sərhədlərinin
toxunulmazlığı çərçivəsində
həll olunmalıdır.
Prezident İlham
Əliyev xatırlatdı
ki, ötən il Brüsseldə
Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış
"Tərəfdaşlıq prioritetləri” sənədində
də Azərbaycanın
beynəlxalq səviyyədə
tanınmış sərhədləri
daxilində ərazi bütövlüyünə və
suverenliyinə bir daha dəstək ifadə olunub.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə
verdiyini vurğulayan dövlətimizin başçısı
bildirdi ki, ölkəmizin təşəbbüsü
və iştirakı ilə reallaşdırılan
enerji layihələrində
hasilatçı, tranzit
və istehlakçı
ölkələrin maraqları
onların əməkdaşlığı
çərçivəsində birgə şəkildə
qorunur.
Dövlətimizin başçısı Azərbaycanın
Şərq-Qərb nəqliyyat
dəhlizinin reallaşdırılmasında
mühüm rol oynadığını qeyd
edərək ölkəmizin
Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq
etdiyini bildirdi.
Azərbaycan.- 2019.-14 may.- S.2.