İlham Əliyevin regional inkişaf strategiyası müsbət nəticələr verməkdə davam edir

 

Dünyada hər bir ölkənin özünəməxsus sosial-iqtisadi inkişaf konsepsiyası var. Azərbaycan da istisna deyil. Qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafı ölkəmizdə bu konsepsiyanın mühüm istiqamətləridir. Elmi əsaslara söykənən, ölkənin inkişafını təmin edən bu iki konsepsiya Azərbaycanda paralel həyata keçirilir və nəticədə qeyri-neft sektorundaregionlarda yüksək inkişaf tempi müşahidə olunur.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası sayəsində iqtisadiyyatın müxtəlif sahələri ilə bərabər, kənd təsərrüfatında da böyük uğurlar qazanılıb. Rəqəmlərə nəzər salaq: 2004-cü ildə ölkə üzrə 196 min ton ət tədarük edilmişdisə, keçən il bu rəqəm 326 min tona çatıb. Həmin dövrdə süd istehsalı 1 milyon 200 min, ötən il 2 milyon ton olub. Növbəti 5 il ərzində isə həm ət, həm süd istehsalını daha 15-20 faiz artırmaq nəzərdə tutulub. Digər misal: əgər 2004-cü ildə Azərbaycanda 44 min ton quş əti istehsal edilmişdisə, ötən il bu rəqəm 109 min ton olmuşdur. Tərəvəz istehsalı da bu dövrdə 0,5 milyon ton artaraq 1 milyon 500 min tona çatmışdır.

İstehsalın artımı nəinki ölkəmizə kənd təsərrüfatı məhsullarının idxalını azaltmış, həmçinin bizə ixrac imkanı yaratmışdır. Təkcə ötən il pomidor ixracından 177 milyon, xurmadan 114 milyon, pambıq pambıq məhsullarından 108 milyon, fındıqdan 100 milyon, almadan 38 milyon dollar gəlir əldə edilmişdir.

Dövlət proqramlarının hədəfi bölgələrdə bütün sahələrin inkişafına yönəlib. Məqsəd regionlarda sənaye, emal, xidmət, turizm digər sahələri inkişaf etdirməkdir. Lakin əsas hədəf məhsul istehsalını artırmaqla həm yerlərdə əhalinin məşğulluğunu, həm əsas strateji hədəf sayılan ərzaq təhlükəsizliyini təmin etməkdir.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda növbəti illərdə aqrar sektorun inkişafına xüsusi önəm veriləcəyini bildirərək demişdir: "Kənd təsərrüfatı sənaye istehsalı IV Proqramda xüsusi yer tutur. Əlbəttə, infrastruktur layihələri diqqətdədir. Ancaq qeyd etdiyim kimi, onların böyük hissəsi başa çatıb, yaxud da ki başa çatacaq. Ona görə iqtisadiyyatın real sektoru, kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas məsələlərdən biridir... Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi aparmalıyıq, bu, prioritet məsələdir. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial daha böyükdür biz yeni bazarlara çıxmalıyıq”.

Sözsüz ki, qarşıya qoyulan bu hədəflərə çatmaq üçün ilk növbədə regionlarda böyük kapital qoyuluşu həyata keçirilməlidir. Təkcə sonuncu, yəni IV Dövlət Proqramının icrası üçün 17 milyard manatdan çox vəsaitin qoyulması nəzərdə tutulub. Bu vəsaitin 13 milyard manata yaxını dövlət tərəfindən yatırılacaq, qalan 4,6 milyard manatının özəl sektor tərəfindən qoyulması planlaşdırılır.

Heç kəsə sirr deyil ki, aqrar sektor sahibkarlara investisiya qoymaq üçün cəlbedici sahə deyil, risk böyükdür. Belə halda investorlar yalnız onlara edilən güzəştlər hesabına aqrar sektora sərmayə qoya bilərlər. Bunun üçün isə ölkəmizdə hər cür şərait yaradılıb. Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisindən savayı bütün növ vergilərdən azaddırlar. Onlara güzəştli qiymətlərlə texnika, yanacaq, mineral gübrələr, toxum, cins heyvanlar, eləcə bir çox məhsulların istehsalı üçün subsidiyalar verilir. Bu da sərmayə üçün əlverişli şəraitdir.

Üstəlik, Prezident İlham Əliyev bölgələrin inkişafına xüsusi önəm verir. Dövlət başçısı tez-tez regionlara səfərlər edir, sakinlərlə görüşür, onların istək arzularının həyata keçməsi üçün tədbirlər görür. Dövlət başçısına bölgələrə səfərləri zamanı məlum oldu ki, ölkəmizin xalçaçılıq sahəsində böyük potensialı olsa da, bundan istifadə edilmir. Xalçaçı qadınlar arasında isə işsizlik var. Prezident bu problemi həll etmək üçün operativ tədbirlər gördü. Nəticədə 2016-cı ildən 2018-ci ilədək "Azərxalça” ASC-nın 20 filialı açıldı bu gün həmin müəssisələrdə 1700-dən çox toxucu qadın çalışır.

Mayın 7-də Prezident İlham Əliyev "Azərxalça” ASC-nin Qobustan filialının açılışında iştirak etmişdir. Ölkə rəhbərinin 2018-ci ildə imzaladığı sərəncama əsasən Qobustan Xalça İstehsalat Emalatxanasının tikintisi təchizatı üçün dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılmışdı. İndi fəaliyyətə başlayan bu filialda 150 toxucu 14 inzibatçı-təsərrüfat işçisi çalışır.

Dövlət başçısı filialın açılışında ölkəmizdə xalçaçılığın əhəmiyyətli yer tutduğunu vurğulayaraq demişdir: "Artıq 20 fabrik hazırdır. Ümumiyyətlə, 31 xalça fabrikinin yaradılması nəzərdə tutulur. Hesab edirəm ki, növbəti bir-iki il ərzində qalan fabriklər istifadəyə veriləcək beləliklə, Azərbaycan öz qədim sənətini yaşatmaq istiqamətində çox önəmli addım atmış olacaq... Azərbaycan öz xalçalarını dünya miqyasında daha geniş şəkildə təqdim edəcək. Bildiyiniz kimi, bizim xalçalarımız dünyanın aparıcı muzeylərində nümayiş etdirilir. Xalçaçılıq bizim qədim sənətimizdir əsrlər boyu biz bu sənəti yaşadırıq”.

Məlumdur ki, xalçaçılıqda xammal kimi əsasən yundan istifadə olunur. Dövlət başçısı Qobustan rayonunda səfərdə olarkən oradakı Regional Yun Boyaq Fabrikinin tədarük məntəqəsinin açılışında da iştirak etmişdir. Qeyd edək ki, Qobustandakı tədarük məntəqəsi 14 rayon şəhəri (Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının, Şəki şəhərinin Bakının Qaradağ) əhatə edir. Həmin rayonların fermerləri istehsal etdikləri yunu bu məntəqəyə təhvil verməklə daha əvvəlki illərdə olduğu kimi alıcı axtarışına çıxmayacaqlar.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2019.-14 may.- S.3.