“Fuji Optical”
şirkətinin Azərbaycandakı xeyriyyəçilik fəaliyyəti
əsl humanizm nümunəsidir
Mayın 14-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Yaponiyanın “Fuji Optical” şirkətinin rəhbəri Akio Kanainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Baş nazirin müavini Əli Əhmədov “Fuji Optical” şirkətinin ölkəmizdə həyata keçirdiyi xeyirxah missiyaların yüksək qiymətləndirildiyini söyləyib. O, minlərlə qaçqın, məcburi köçkün və aztəminatlı ailəyə yüksəkkeyfiyyətli eynəklərin paylanıldığını, onların ödənişsiz göz müayinəsi xidmətlərindən faydalandığını, bunun əsl humanizm nümunəsi olduğunu vurğulayıb.
Görüşdə qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib.
Akio Kanai Azərbaycanda bu xeyirxah missiyanı həyata keçirməkdən
məmnunluğunu bildirib. O, ölkəmizdə
bu kimi xeyriyyə fəaliyyətlərini
davam etdirəcəklərini diqqətə
çatdırıb. A.Kanai missiyanın ərsəyə
gəlməsində köməyi olan hər
kəsə, o cümlədən qonaqpərvərliyə
görə Azərbaycan hökumətinə və xalqına
minnətdarlığını bildirib.
Azərbaycan.-
2019.- 15 may.- S.2.