Li Syaolin:"Heydər
Əliyev Fondu ilə sıx əməkdaşlıq
xalqlarımız arasında dostluq münasibətlərinin
inkişafına böyük təkan verir"
Mayın 14-də Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekində Xarici
Ölkələrlə Dostluq üzrə Çin Xalq
Assosiasiyasının sədri xanım Li Syaolin ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Li Syaolin ötən il Azərbaycana səfərini, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşlərini məmnunluqla xatırlayıb.
Xanım Li Syaolin rəhbərlik etdiyi təşkilatın Azərbaycan ilə əlaqələrindən danışaraq, bu işdə Heydər Əliyev Fondu ilə sıx əməkdaşlığın xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına böyük təkan verdiyini deyib.
Leyla
Əliyeva Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq
üzrə Çin Xalq
Assosiasiyası arasında səmərəli əməkdaşlığı
xüsusi vurğulayaraq,
bu çərçivədə təşkil
olunan tədbirlərdən
danışıb. Gələcəkdə bu
cür layihələrin
qarşılıqlı olaraq davam etdiriləcəyinə əminlik ifadə
olunub.
Azərbaycan.-
2019.- 15 may.- S.3.