Azərbaycan Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə 58-ci Venesiya Biennalesində təmsil olunur
Azərbaycan Heydər Əliyev
Fondunun təşkilatçılığı ilə 58-ci
Venesiya Biennalesi – Beynəlxalq İncəsənət Sərgisində
təmsil olunur.
Fonddan AZƏRTAC-a bildirilib ki, Biennalidə ölkəmiz
"Virtual reallıq” ("Virtual Reality”) mövzusundakı milli pavilyonla iştirak edir.
Kampo Santo Stefanodakı
XIV əsrə aid Lezze
Sarayında açılan
ekspozisiyada rəssam və heykəltəraşlar
Zeyqəm Əzizov, Orxan Məmmədov, Zərnişan Yusif, Kənan Əliyev və Ülviyyə Əliyevanın əsərləri
təqdim olunur.
Pavilyondakı multimedia əsərləri,
instalyasiya və heykəllərin mövzusu
bunları əhatə
edir: insanlar hər gün heyrətamiz xəbər axını ilə üzləşir. Dünyada hər
bir insan gün ərzində təxminən 150 dəfə
telefonunu yoxlayır, 2
milyarddan çox insan sosial şəbəkələrdən
istifadə edir. Saxta xəbərlər sosial şəbəkələr vasitəsilə
daha çox paylaşılır, aparılan
müzakirələrin əksər
hissəsi isə onların doğru olub-olmadığı ilə
bağlı deyil.
58-ci Venesiya
Biennalesi noyabrın
24-dək davam edəcək.
Venesiya Biennalesi müasir incəsənət sahəsində
dünyanın ən nüfuzlu sərgilərindən
hesab olunur və iki ildən
bir keçirilir. Azərbaycan bu
beynəlxalq layihədə
2007-ci ildən iştirak
edir.
Azərbaycan.- 2019.- 15 may.- S.4.