Vahid “G2B” (dövlət-biznes)
elektron reyestrinin təşkili
və fəaliyyətinin təmin edilməsi ilə
bağlı tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro,
kiçik və orta
sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə yaradılmış vahid
"G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin
edilməsi məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində
mikro, kiçik və orta sahibkarlıq
subyektlərinə göstərilən
xidmətlərin siyahısı”na
uyğun olaraq mikro, kiçik və orta sahibkarlıq
subyektlərinə göstərilən
xidmətlərin və
verilən hüquqmüəyyənedici
sənədlərin vahid
"G2B” (dövlət-biznes) elektron reyestri (bundan sonra - "G2B” reyestri) Dövlət Xidmətlərinin Elektron Reyestrinin (bundan sonra - Elektron Reyestr) tərkibində təşkil edilsin.
2. Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:
2.1. Azərbaycan Respublikasının Kiçik
və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə "G2B” reyestrinin
təşkili və fəaliyyətinin təmin
edilməsi ilə bağlı tədbirlər
görsün;
2.2. "Dövlət
Xidmətlərinin Elektron
Reyestrinin yaradılması
ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
11 sentyabr tarixli 262 nömrəli Fərmanına
uyğun olaraq
"ASAN xidmət indeksi”ni
təşkil edən parametrləri rəhbər
tutmaqla, "G2B” reyestrinə
daxil edilmiş xidmətlərin qiymətləndirilməsini
Elektron Reyestr vasitəsilə həyata keçirsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi:
3.1. bu Fərmanın 2.2-ci bəndinə
əsasən həyata
keçirilən qiymətləndirmənin
nəticələrini nəzərə
alaraq, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin
Elektron Reyestr vasitəsilə "G2B” reyestrinə
daxil etdiyi hər bir xidmətin
"KOB indeksi”ni təşkil
edən aşağıdakı
parametrləri rəhbər
tutmaqla qiymətləndirilməsini
təmin etsin:
3.1.1. xidmətin
mikro, kiçik və orta biznesin
(KOB-un) inkişafına təsiri;
3.1.2. KOB-lara göstərilən xidmətin
sadələşdirilməsinin və ya ləğvinin
insan həyatına və sağlamlığına,
ətraf mühitə,
dövlətin iqtisadi
maraqlarına təsiri;
3.2. bu
Fərmanın 3.1-ci bəndinə
uyğun olaraq həyata keçirilən
qiymətləndirmənin nəticələri
barədə ildə bir dəfə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin.
4. Mərkəzi və yerli icra
hakimiyyəti orqanlarına,
dövlət adından
yaradılan publik hüquqi şəxslərə
və səhmlərinin
(paylarının) nəzarət
zərfi dövlətə
məxsus olan hüquqi şəxslərə
tapşırılsın, bələdiyyələrə
isə tövsiyə edilsin ki:
4.1. "G2B” reyestrinin
fəaliyyətinin təmin
edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin
"Dövlət Xidmətlərinin
Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər
haqqında” 2014-cü il
11 sentyabr tarixli 262 nömrəli Fərmanının
3-cü hissəsindən və
"Azərbaycan Respublikası
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının
9.1-ci bəndindən irəli
gələn tədbirlərin
həyata keçirilməsini
təmin etsinlər;
4.2. "G2B” reyestrinin
təşkili və fəaliyyətinin təmin
edilməsi ilə bağlı Azərbaycan Respublikası Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin
müraciəti əsasında
Agentliyə kömək
göstərilməsini, onun
sorğularının operativ
qaydada və hərtərəfli cavablandırılmasını
təmin etsinlər.
5. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
5.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və icrası barədə beş ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə
məlumat versin;
5.4. Azərbaycan Respublikası Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin
təklifləri əsasında
mikro, kiçik və orta sahibkarlıq
subyektlərinə göstərilən
dövlət xidmətlərinin
"KOB indeksi” üzrə
qiymətləndirilməsi qaydasını
beş ay müddətində təsdiq
etsin;
5.5. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
6. Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 6, maddə
1238, ¹ 10, maddə 1991, ¹ 11, maddə 2287; Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 1 mart tarixli
570 nömrəli və
10 aprel tarixli 619 nömrəli fərmanları)
ilə təsdiq edilmiş "Kiçik və orta biznes
evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən
xidmətlərin siyahısı”nda
aşağıdakı dəyişikliklər
edilsin:
6.1. "Dövlət
orqanının adı”
sütununda "orqanının”
sözündən sonra
"(qurumunun)” sözü
əlavə edilsin;
6.2. 13-cü hissənin
"Göstərdiyi xidmətlər”
sütununun 5-ci bəndinə
"avtomobil” sözündən
əvvəl "Bakı,
Sumqayıt və Gəncə şəhərlərinin
inzibati ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının
digər inzibati ərazilərində” sözləri
əlavə edilsin;
6.3. 19-cu hissənin
"Göstərdiyi xidmətlər”
sütununun 3-cü bəndi
aşağıdakı redaksiyada
verilsin:
"3. Bakı
şəhərinin inzibati
ərazisində ümumi
istifadədə olan nəqliyyat vasitələri
ilə müntəzəm
sərnişindaşıma haqqında müqavilənin
bağlanılması”.
7. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 may 2019-cu il
Azərbaycan.- 2019.- 16 may.- S. 2.