32 ölkə,
440 şirkət, 11 milli
və regional qrup
Prezident İlham
Əliyev sərgilərlə
tanış olub
Mayın 15-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində
XXV Azərbaycan Beynəlxalq
Qida Sənayesi - "WorldFood Azerbaijan” və
XIII Azərbaycan Beynəlxalq
Kənd Təsərrüfatı
- "Caspian Agro” sərgiləri ilə tanış olub.
AZƏRTAC xəbər
verir ki, kənd təsərrüfatı
naziri İnam Kərimov və
"Caspian Event Organisers” şirkətinin
regional direktoru Edvard Straxan dövlətimizin başçısına sərgilərlə
bağlı məlumat
verdilər.
Bildirildi ki, dünyanın 32 ölkəsini
təmsil edən 440 şirkəti, eləcə
də 11 milli və regional qrupu bir araya gətirən
builki sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 20 faiz
artıb. Artım iştirakçıların sayında da qeydə alınıb.
"WorldFood Azerbaijan” və
"Caspian Agro” sərgilərində Azərbaycanla yanaşı,
Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələri
təmsil edən şirkətlər də yer alır. Bu il İtaliya,
Türkiyə və Şri-Lanka sərgidə milli stendlərlə çıxış edirlər.
Ənənəvi olaraq, sərgidə
Rusiyanın Başqırdıstan,
Penza, Voronij, Vladimir, Kabarda-Balkar
kimi regional qrupları
da iştirak edir. Bu il
sahəsi genişlənmiş
Belarus Respublikasının milli
stendinin ekspozisiyası
iki zalda - ikinci və sərginin tarixində ilk dəfə açılmış
üçüncü zalda
təqdim olunur. Burada, eyni zamanda, qida
sənayesi sahəsində
fəaliyyət göstərən
startaplar, mikro və kiçik sahibkarlıq subyektləri
də öz məhsul və xidmətlərini təqdim
edirlər. Gürcüstan və Niderland Krallığı sərgidə
milli qruplarla təmsil olunur.
Prezident İlham Əliyevə Aqrar Məşğulluğun
Artırılması Layihəsi
barədə məlumat
verildi.
Dövlətimizin başçısı
sərgidə "Azersun”,
"Grow Group Azərbaycan”, CASE, "Grimme”, "Agro Dairy”, CLAAS, "John Deer”, "Rostselmaş”, "Cahan
Tobacco”, "Lindsay”, "Geoflow”, METAK,
GİLAN, İMAGRO, "Agronaft”, "Prior
Leasing” şirkətlərinin, Gəncə avtomobil zavodunun, Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin,
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin,
Kənd Təsərrüfatı
Nazirliyinin, Rusiya Federasiyasının Başqırdıstan
Respublikasının, Belarusun,
İtaliyanın, Türkiyənin,
Niderlandın, Gürcüstanın
stendləri ilə tanış oldu. Stendlərdə ən müasir
kənd təsərrüfatı
texnikası, əkin-biçin
aqreqatları, kənd
təsərrüfatı məhsulları
təqdim olunur.
Sərgidə Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyi və Azərbaycan Respublikası
Qida Təhlükəsizliyi
Agentliyi də fəal iştirak edir. Ümumilikdə isə
sərgilər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı (FAO), AZPROMO, Azərbaycan Respublikası
Sahibkarlar Təşkilatları
Milli Konfederasiyası,
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin dəstəyi
ilə keçirilir. "Caspian Event Organisers” şirkəti və onun beynəlxalq agentlər şəbəkəsi
sərgilərin təşkilatçısıdır.
Bu il
"WorldFood Azerbaijan” sərgisi
25 illik yubileyini qeyd edir və
bu sahənin regionda hərəkətverici
qüvvəsinə çevrilib.
Sərgi
25 illik uğurlu fəaliyyəti ərzində
dünyanın 40-dan artıq
ölkəsini təmsil
edən 2137 şirkəti
bir araya gətirib. Nəticədə bu şirkətlərin
çoxu Azərbaycanda
uğurlu biznes qurub.
Ənənəvi olaraq, sərgidə "Made in Azerbaijan" brendi altında geniş çeşiddə
qida, o cümlədən
ət və süd məhsulları, çay, bal, şirələr və milli istehsalçıların
digər məhsulları
təqdim olunur. Burada, eyni zamanda, suvarma
sistemləri, istixanalar
və heyvandarlıq təsərrüfatları üçün
avadanlıqlar, yem və toxumlar, kənd təsərrüfatı
texnikası, baytarlıq
preparatları, laboratoriya
qurğuları və
digər avadanlıqlar
nümayiş olunur.
Prezident İlham
Əliyevin rəhbərliyi
ilə ölkəmizdə
qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən
tədbirlər çərçivəsində
digər sahələrlə
yanaşı, kənd
təsərrüfatının da bir çox
istiqamətləri üzrə
böyük işlər
görülüb, dövlətimizin
başçısı tərəfindən
mühüm qərar və sərəncamlar, həmçinin konkret sahələr üzrə Dövlət proqramları
qəbul olunub. Bütün bunlar bir daha
göstərir ki, kənd təsərrüfatının
inkişafı ölkəmizdə
prioritet sahələrdən
biri kimi müəyyənləşib. Bu sahələrə göstərilən dövlət
dəstəyi nəticəsində
kənd təsərrüfatı
məhsullarının ixrac
potensialının artırılmasına
geniş imkanlar yaranıb. Aqrar sahəyə qoyulan
investisiyaların həcmi
də ildən-ilə
artır.
Ölkəmizdə taxıl tədarükü
istiqamətində də
çox mühüm işlər görülüb. Ötən
il 3,3 milyon
ton taxıl tədarük
olunub ki, bu da 2017-ci illə
müqayisədə 13 faiz
çoxdur. Bu il də artım gözlənilir. Belə ki, bu
il ölkə üzrə 1 milyon 47 min
500 hektar sahədə
yazlıq və payızlıq taxıl əkilib.
Həyata keçirilən bütün
bu layihələr Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin
edilməsi baxımından
mühüm əhəmiyyət
daşıyır. Kənd təsərrüfatının
inkişafı, eyni zamanda, bu sahədə
çalışanlara və
fermerlərə göstərilən
dövlət qayğısı
ilə şərtlənir.
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun
olaraq fermerlər müasir kənd təsərrüfatı texnikası
ilə təchiz edilir, onlara subsidiyalar, yanacaq, gübrə güzəştli
şərtlərlə verilir,
fermerlər torpaq vergisindən başqa, bütün vergilərdən
azad olunublar. Bütün bunlar kənd təsərrüfatının inkişafı
üçün icra edilən tədbirlərin
kompleks şəkildə
davam etdirildiyini göstərir.
Kənd təsərrüfatı texnikasının
ucuzlaşması isə
bazarın liberallaşmasının,
azad rəqabət mühitinin yaradılmasının
nəticəsidir. Prezident İlham Əliyev
tərəfindən aqrar
texnologiyalar bazarında
aparılan liberallaşma
siyasəti şirkətlərin
bu sahəyə marağını daha da artırıb.
Dövlətimizin başçısı "WorldFood
Azerbaijan” və "Caspian Agro” sərgilərinin işinə
uğurlar arzuladı.
Azərbaycan.- 2019.-16 may.- S.1-2.