Türk Şurası Gənc Diplomatlar birgə
təlim proqramının iştirakçıları Milli Məclisdə olublar
Mayın 15-də Türk Şurası Gənc Diplomatlar altıncı birgə təlim proqramının iştirakçıları Milli Məclisdə olublar.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonaqlara parlamentin fəaliyyəti, beynəlxalq əməkdaşlığı haqqında məlumat verib. O, həmçinin Azərbaycan deputatlarının AŞPA-dakı fəaliyyəti barədə danışıb.
Qonaqların diqqətinə çatdırılıb ki, Milli Məclis xarici ölkələrin parlamentləri ilə sıx əməkdaşlıq edir. Qanunverici orqanda parlamentlərarası əlaqələr üzrə 82 işçi qrupu fəaliyyət göstərir.
Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə
Azərbaycan parlamentinin yaranma
tarixi barədə məlumat verib. O deyib ki, Azərbaycan
parlamenti müsəlman
Şərqində yaradılan
ilk parlament olub. Deputat, həmçinin ölkəmizdəki
multikultural mühit haqqında danışıb.
Sonra iştirakçıları maraqlandıran
suallar cavablandırılıb.
Azərbaycan.-
2019.- 16 may.- S. 4.