Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib

 

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə mayın 15-də Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, tekstil, logistika digər sahələrdə fəaliyyət göstərən 70-dək adamı iştirak edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ticarət Sənaye Palatasının rəhbəri Niyaz Əlizadə Azərbaycanda yaradılmış əlverişli biznes investisiya mühiti, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Avstriyanın Türkiyə, Azərbaycan Gürcüstan regionu üzrə xarici iqtisadi əlaqələr nümayəndəsi Georg Karabaczek Azərbaycan-Avstriya iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanları barədə danışıb, adamlarını mövcud potensialdan yararlanmağa dəvət edib.

Sonra Azərbaycanın biznes investisiya mühiti, Avstriya iqtisadiyyatı haqqında təqdimatlar keçirilib.

Biznes forum çərçivəsində adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Azərbaycan.- 2019.- 16 may.- S. 4.