Azərbaycan gənclərini təmsil edən nümayəndə
heyəti Səudiyyə Ərəbistanında səfərdə
olub
Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən, Gənclər və İdman Nazirliyinin əməkdaşlarından, gənclərdən ibarət səkkiz nəfərlik nümayəndə heyəti bu ölkəyə səfər edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti Mədinə, Ər-Riyad şəhərlərində gənclərlə görüşlər keçirib. Gənclərimiz, həmçinin Mədinə İslam Universiteti, Kral Əbdüləziz adına Dövlət Universiteti, Kraliça Al Anoud adına Xeyriyyə Fondu və Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində də olublar.
Səudiyyə
Ərəbistanının Baş İdman İdarəsinin gənclər
proqramları üzrə baş direktoru Məhəmməd Favzan
Əl Suşilem və qurumun
mübadilə proqramları sektorunun proqram direktoru Xalid Əbdüləziz Əl Mahbub
Azərbaycan nümayəndə heyətinin səfərindən
məmnunluğunu bildirib. O, növbəti
illərdə nazirliklər arasında əməkdaşlıq
imkanlarının genişləndirilməsi, yeni
proqramların işlənib hazırlanması və cari proqramda
iştirakçı sayının 15-dək
artırılmasında maraqlı olduqlarını
vurğulayıb.
Azərbaycan.-
2019.- 16 may.- S. 4.