Elm və ədəbiyyat xadimləri İmadəddin Nəsimi
haqqında
Yaşar Qarayev,
professor:
Ədəbiyyat (poeziya) isə Nəsiminin şəxsində ilahi mənşəyini kəşf etdi. Nəsimiyə təkcə Nəimidən baxmaq - XIV əsrin düşüncə və şüur kontekstində dayanmaq, donub-qalmaq demək olardı: həm Nəsimiyə, həm də Nəiminin özünə məhz XXI əsrdən baxmaq lazımdır. Adətən, Nəsimi və Nəimi ilə bağlı qaynaqlar mütləq məqsədə çevrilir, amma onlara yanaşmada bugünkü baxışın elmi intellekt göstəriciləri olmasa, bu qaynaqların rolu, əhəmiyyəti elə qaynaq çərçivəsində də qalar”.
Teymur Kərimli,
akademik:
"Antik fəlsəfi-sosial fikrin təsiri altında islam aləmində yüksək səviyyəyə çatmış humanist istiqamətli bədii-fəlsəfi proses XII yüzillikdə Azərbaycanda Nizami irsi ilə özünün zirvə nöqtəsinə yetişdi. XIV yüzillikdə islam filosof və şairləri insanların sınmış ümidlərini özlərinə qaytarmağa, onların taleyin əlində köməksiz oyuncaq olmadıqlarını, əksinə, öz talelərinin hakimi olduqlarını təlqin etməyə və inandırmağa başladılar. İslam Şərqinin hər üç hakim dilində - ərəb, fars və türk dillərində bu cür humanist ruhlu əsərlər qələmə alan ən böyük sənətkarlardan biri dahi İmadəddin Nəsimi oldu”.
Hüseyn əs-Sadıq,
Sorbonne Universitetinin professoru:
"Hələbə
Nəsiminin özündən
əvvəl onun şöhrəti gəlmişdi. Böyük ehtiramla
qarşılanan şair
həm də mübarək islamın əla bilicisi idi. Yüksək bəlağətlə möminlər qarşısında
oxuduğu moizələr
qısa bir müddətdə onun müridlərinin sayını
sürətlə artırmışdı.
Bu isə öz
növbəsində şəhərin
bəzi ruhani liderlərinin həsədinə
səbəb olmuşdu.
Nüfuzuna xələl gəlməsindən
qorxuya düşən
bu din xadimləri öz yaxın adamlarının vasitəsilə
Nəsiminin əleyhinə
qurğu qurdular, ona böhtan atdılar, fitnəkarlıq
edərək şairi
küfrdə suçladılar.
Bu isə sözügedən
zamanda ən dəhşətli ittiham olub ölümlə təhdid edilirdi.
820-ci ildə edam olunan təkcə Nəsimi deyildi. Əslində, o müdhiş
gündə Nəsiminin
timsalında azad fikir edam olunmuşdu…”
Mixael Hessin,
alman alimi, nəsimişünas:
"Nəsimi
şeirində bir dərinlik var. Bir duyğu gücü var ki, məncə,
hətta tərcümədə
belə hiss edilir. Nəsiminin şeirlərində
o qədər təfərrüat,
o qədər söz,
o qədər dərin
məna var ki, onun hamısını
bir tərcümədə
vermək mümkün
deyil. Çünki
onu vermək üçün
minlərcə şərh vermək lazımdır…”
Azərbaycan.-
2019.- 16 may.- S.10.