Hüquqşünas alimlər beynəlxalq konfransda iştirak ediblər

 

Serbiya Respublikasının Tara şəhərində Beynəlxalq Cinayət HüququKriminologiya Assosiasiyasının təşkilatçılığı ilə "Cinayət qanununda məsuliyyət və sanksiyamövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransa bir çox Avropa ölkələri ilə yanaşı, MDB-dən Rusiya, Belarus və Azərbaycanın hüquqşünas alimləri dəvət almışdılar.

Respublikamızı konfransda Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, Hüquqİnsan Haqları İnstitutunun baş elmi işçisi, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov, hüquq üzrə elmlər doktoru, professor Xanlar Ələkbərov və Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinin birinci katibi, hüquq üzrə fəlsəfə doktoru Tehran Şükürov təmsil etmişlər.

Professorlar X.Ələkbərovla H.Qurbanov konfrans iştirakçılarının marağına səbəb olan məruzə ilə çıxış etmişlər. H.Qurbanov məruzəsində erməni vəhşiliklərindən və Xocalı soyqırımından bəhs etmiş, sitatlar gətirmişdir. Tərcüməçi bu sitatlardan yayınanda H.Qurbanovun təkidi ilə onları tərcümə etmişdir. Sonda alimlərimizə "Sertifikatlar verilmişdir.

Bu günlərdə Belarusun paytaxtı Minsk şəhərində "MİTSO” Beynəlxalq Universitetində "Cəmiyyət, hüquq, şəxsiyyət: Humanitar biliyin inkişafının müasir ənənələri” mövzusunda da beynəlxalq elmi-təcrübi konfrans keçirilmişdir. Konfransın buraxılış jurnalında hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovun "KataloniyaQarabağ konfliktlərinin tarixi-hüquqi aspektləri” adlı məqaləsi çap edilmişdir. Məqalədə bu konfliktlərin müqayisəli təhlili, Qarabağın tarixən Azərbaycan torpaqları olması, ermənilərin həmişə azlıq təşkil etdiyibu məkana sonradan köçürülmələri arxiv sənədləri ilə əsaslandırılmışdır.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.-16 may.- S.12.