Özbəkistanın “Mədəniyyət və mərifət” telekanalında Azərbaycan haqqında videoreportaj yayımlanıb

 

Özbəkistanın "Mədəniyyət və mərifət” telekanalında Azərbaycan haqqında özbək dilində videoreportaj yayımlanıb. AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin ölkəmizə mediaturu təşkil olunub, onlar Bakını və regionlarımızı gəzib, videomateriallar hazırlayıblar.

Telekanalın müxbiri Nazira Boymuradova reportajında Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan haqqında məlumat verir. Jurnalist qeyd edir ki, paytaxt Bakıdakı binalarda da məhz Şərq və Qərb memarlıq ənənələri vəhdət təşkil edir.

Reportajda qeyd olunur ki, Böyük İpək yolu üzərində yerləşdiyindən Azərbaycanda elm, mədəniyyət və incəsənət sürətlə inkişaf edib.

Azərbaycanın coğrafiyası haqqında ətraflı məlumat verən müəllif Bakının mərkəzində çəkilişlər aparıb, özbək və Azərbaycan xalqlarının əbədi dostluğu, tarixi, müştərək mədəniyyəti, bugünkü əlaqələrindən söhbət açıb.

İçəri şəhərin tarixi haqqında danışan jurnalist bu məkanı Özbəkistandakı qədim Xivə şəhərindəki İçan kala ilə müqayisə edir. Bildirilir ki, Qız qalası İçəri şəhərin dəniz tərəfdən qapısıdır. Turistlər İçəri şəhərə adətən buradanQoşa qala qapısından daxil olurlar. Hər iki qapıdan qədim şəhərə girərkən sanki əfsanəvi bir məkana düşürsən. Burada hər şey qədimlikdən xəbər verir. Qeyd olunur ki, İçəri şəhərdə və Xivədəki İçan kalada indiinsanlar yaşayırlar. Hər gün hər iki məkanda yüzlərlə turist görmək olar. Jurnalist İçəri şəhəri qədim Səmərqənd və Buxara ilə müqayisə edir.

Reportajda Azərbaycan musiqisi, o cümlədən muğamlarımız haqqında da danışılır.

Jurnalist Şəhidlər xiyabanı haqqında da tamaşaçılara məlumat verir, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda edən oğullar və qızlar haqqında söhbət açır.

Tamaşaçılara Xəzər dənizi, Azərbaycanın iqtisadiyyatı, neft strategiyası barədə də ətraflı məlumat verilir.

Reportajda maraq doğuran məqamlardan biriodur ki, jurnalist yerli sakinlərlə birgə Azərbaycan mahnıları oxuyub, qutab bişirilməsi prosesində iştirak edib.

 

Azərbaycan.- 2019.-17 may.- S.6.