“Gömrük tarifi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
25-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. "Gömrük
tarifi haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 7, maddə
779; 2016, ¹ 1, maddə 21, ¹
2 (I kitab), maddə
206, ¹ 6, maddə 972; 2017, ¹ 3, maddə 340) 20.0.20-ci maddəsinin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
20.0.21-ci maddə əlavə
edilsin:
"20.0.21. Azərbaycan
Respublikasında keçirilən
UEFA 2019 Avropa Liqasının
final oyunu və UEFA
2020 Futbol çempionatının
oyunları ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqandan (qurumdan) təsdiqedici sənəd əldə edən həmin oyunlarda iştirak edən və ya oyunların
təşkilinə və
ya keçirilməsinə
cəlb olunmuş şəxslər tərəfindən
həmin oyunlarla bağlı malların idxalı.”.
Maddə 2. Bu Qanun
2019-cu il martın 1-dən 2020-ci il
avqustun 1-dək qüvvədədir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
9 aprel 2019-cu il
Azərbaycan.- 2019.-17 may.- S.2.