Azərbaycan Respublikasının Vergi
Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 8 (I kitab),
maddə 583; 2001, ¹ 7, maddə
454, ¹ 9, maddə 576, ¹ 12, maddə
734; 2002, ¹ 5, maddə 249, ¹ 12, maddə 707; 2003, ¹ 8, maddə
425, ¹ 12 (I kitab), maddə
671; 2004, ¹ 1, maddə 1, ¹ 11, maddə 887, ¹ 12, maddə
980; 2005, ¹ 2, maddə 61, ¹ 8, maddə 688, ¹ 12, maddə
1081; 2006, ¹ 12, maddələr 1005, 1026;
2007, ¹ 1, maddə 4, ¹ 6, maddə
597, ¹ 8, maddə 745, ¹ 11, maddə
1053, ¹ 12, maddə 1192; 2008, ¹ 7, maddə 602, ¹ 11, maddə
960; 2009, ¹ 7, maddə 506; 2011, ¹ 1, maddə 14, ¹ 7, maddələr
588, 603, ¹ 12, maddə 1115; 2012, ¹ 6, maddələr 500, 513, ¹ 7, maddə
652, ¹ 9, maddə 841, ¹ 12, maddə
1226; 2013, ¹ 2, maddə 91, ¹ 4, maddə 366, ¹ 11, maddə
1278, ¹ 12, maddələr 1483, 1486, 1495;
2014, ¹ 2, maddələr 94, 98, ¹ 6, maddə 608, ¹ 7, maddə
770, ¹ 8, maddə 957, ¹ 10, maddə
1158, ¹ 12, maddə 1525; 2015, ¹ 1, maddə 11, ¹ 12, maddə
1433; 2016, ¹ 2 (I kitab), maddə
207, ¹ 3, maddələr 396, 402, ¹ 5, maddə 848, ¹ 6, maddələr
973, 974, 1015, ¹ 7, maddə 1245, ¹ 10, maddə 1603, ¹ 11, maddələr
1752, 1792, 1793, ¹ 12, maddələr 2001,
2037, 2046; 2017, ¹ 2, maddə 146, ¹ 5, maddələr 695, 723, 737, ¹ 6, maddə
1055, ¹ 7, maddə 1304, ¹ 8, maddə
1509, ¹ 12 (I kitab), maddələr
2219, 2251, 2270; 2018, ¹ 2, maddə 149, ¹ 5, maddə 863, ¹ 6, maddə
1193, ¹ 7 (I kitab), maddələr
1414, 1427, ¹ 11, maddələr 2186, 2210, ¹ 12
(I kitab), maddələr
2498, 2509; Azərbaycan Respublikasının
2018-ci il 28 dekabr
1413-VQD nömrəli Qanunu)
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 102.1.33-cü maddənin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
102.1.34-cü maddə əlavə
edilsin:
"102.1.34. müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən verilmiş
təsdiqedici sənəd
əsasında Azərbaycan
Respublikasında keçirilən
UEFA 2019 Avropa Liqasının
final oyunu və UEFA
2020 Futbol çempionatının
oyunları ilə əlaqədar malların təqdim edilməsi, işlər görülməsi
və xidmətlər
göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində
qeyri-rezident futbol klublarının oyunçularının
və işçilərinin
həmin oyunlarla bağlı əldə etdiyi gəlirləri.”;
1.2. 106.1.24-cü maddənin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
106.1.25-ci və 106.1.26-cı maddələr əlavə
edilsin:
"106.1.25. müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən verilmiş
təsdiqedici sənəd
əsasında Azərbaycan
Respublikasında keçirilən
UEFA 2019 Avropa Liqasının
final oyunu ilə əlaqədar UEFA-nın,
onun yaratdığı
qeyri-rezident hüquqi şəxslərin, qeyri-rezident
futbol klublarının
(assosiasiyalarının) həmin
oyunla bağlı əldə etdiyi gəlirləri;
106.1.26. müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən verilmiş
təsdiqedici sənəd
əsasında Azərbaycan
Respublikasında keçirilən
UEFA 2020 Futbol çempionatının
oyunları ilə əlaqədar UEFA-nın,
onu təmsil edən və onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, habelə
qeyri-rezident futbol klublarının (assosiasiyalarının)
çempionatla bağlı
əldə etdiyi gəlirləri.”;
1.3. aşağıdakı
məzmunda 125.4-cü maddə
əlavə edilsin:
"125.4. müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən verilmiş
təsdiqedici sənəd
əsasında Azərbaycan
Respublikasında keçirilən
UEFA 2019 Avropa Liqasının
final oyunu ilə əlaqədar UEFA-nın,
onun yaratdığı
qeyri-rezident hüquqi şəxslərin və qeyri-rezident futbol klublarının dividend və
faiz gəlirlərinə,
habelə UEFA 2020 Futbol
çempionatı ilə
əlaqədar UEFA-nı
təmsil edən qurumların dividend gəlirlərinə
bu maddənin müddəaları tətbiq
edilmir.”;
1.4. 164.1.42-ci maddənin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
164.1.43-cü və 164.1.44-cü maddələr əlavə
edilsin:
"164.1.43. müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən verilmiş
təsdiqedici sənəd
əsasında Azərbaycan
Respublikasında keçirilən
UEFA 2019 Avropa Liqasının
final oyunu ilə əlaqədar UEFA, onun yaratdığı qeyri-rezident
hüquqi şəxslər
və qeyri-rezident futbol klubları (assosiasiyaları) tərəfindən
həmin oyunla bağlı malların təqdim edilməsi, işlər görülməsi
və xidmətlər
göstərilməsi, habelə
malların idxalı;
164.1.44. müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən verilmiş
təsdiqedici sənəd
əsasında Azərbaycan
Respublikasında keçirilən
UEFA 2020 Futbol çempionatı
ilə əlaqədar
UEFA, onu təmsil edən, habelə onun yaratdığı və tərəfindən
səlahiyyətləndirilmiş hüquqi şəxslər
tərəfindən çempionatla
bağlı malların
təqdim edilməsi, işlər görülməsi
və xidmətlər
göstərilməsi, habelə
malların idxalı.”;
1.5. 165.1.7-ci maddənin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
165.1.8-ci maddə əlavə
edilsin:
"165.1.8. müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən verilmiş
təsdiqedici sənəd
əsasında Azərbaycan
Respublikasında keçirilən
UEFA 2020 Futbol çempionatının
oyunları ilə əlaqədar UEFA və onun yaratdığı hüquqi şəxslər,
habelə bu fəaliyyət çərçivəsində
UEFA tərəfindən cəlb
edilmiş qeyri-rezident
fiziki şəxslər
tərəfindən malların
təqdim edilməsi, işlər görülməsi
və xidmətlər
göstərilməsi.”;
1.6. 188.1.5-ci maddənin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
188.1.6-cı maddə əlavə
edilsin:
"188.1.6. müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən verilmiş
təsdiqedici sənəd
əsasında Azərbaycan
Respublikasında keçirilən
UEFA 2019 Avropa Liqasının
final oyunu və UEFA
2020 Futbol çempionatının
oyunları ilə əlaqədar idxal edilən mallar.”.
Maddə 2. Bu Qanun
2019-cu il martın 1-dən 2020-ci il
avqustun 1-dək qüvvədədir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 9 aprel
2019-cu il
Azərbaycan.- 2019.-17 may.- S.3.