“Azərbaycan Respublikasında
keçirilən UEFA 2019 Avropa
Liqasının final oyunu
və UEFA 2020 Futbol
çempionatının oyunları ilə əlaqədar vergi və gömrük
güzəştləri və azadolmalarının tətbiqi üçün təsdiqedici sənədin
verilməsi Qaydası”nın təsdiq olunması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikasının
"Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” 2019-cu il 9 aprel tarixli 1559-VQD nömrəli
və "Gömrük
tarifi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
2019-cu il 9 aprel tarixli 1560-VQD nömrəli
qanunlarının tətbiqi
ilə əlaqədar
qərara alıram:
1. "Azərbaycan
Respublikasında keçirilən
UEFA 2019 Avropa Liqasının
final oyunu və UEFA
2020 Futbol çempionatının
oyunları ilə əlaqədar vergi və gömrük güzəştləri və
azadolmalarının tətbiqi
üçün təsdiqedici
sənədin verilməsi
Qaydası” təsdiq olunsun (əlavə edilir).
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.4. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 may 2019-cu il
Azərbaycan.- 2019.- 17 may.- S. 2.