“Azərbaycan Respublikasının Vergi
Məcəlləsində dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli
1559-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2019-cu il 9 aprel tarixli 1559-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasına
dair təkliflərini
üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. Müəyyən
edilsin ki:
3.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.34-cü, 106.1.25-ci,
106.1.26-cı, 125.4-cü, 164.1.43-cü, 164.1.44-cü, 165.1.8-ci
və 188.1.6-cı maddələrində
(hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
3.2. həmin Məcəllənin 102.1.34-cü, 106.1.25-ci,
106.1.26-cı, 125.4-cü, 164.1.43-cü, 164.1.44-cü, 165.1.8-ci
və 188.1.6-cı maddələrində
birinci halda "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti,
ikinci halda "orqan (qurum)” dedikdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası nəzərdə
tutulur.
4. Bu Fərman
2019-cu il martın 1-dən 2020-ci il
avqustun 1-dək qüvvədədir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 16 may
2019-cu il
Azərbaycan.- 2019.- 17 may.- S.3.