“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli
96-VQ nömrəli Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 18 dekabr tarixli 1395-VQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
"Azərbaycan
Respublikası İnzibati
Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il
29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
15 fevral tarixli 795 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (II kitab), maddə
259, ¹ 3, maddə 460, ¹ 4, maddə
670, ¹ 6, maddələr 1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə
1468, ¹ 10, maddələr 1614, 1638; 2017, ¹ 2,
maddələr 176, 202, ¹ 3, maddə
351, ¹ 4, maddələr 530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr
1314, 1346, ¹ 8, maddə 1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr
1788, 1798, ¹ 11, maddələr 2003, 2027, ¹ 12
(I kitab), maddələr
2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr 198, 201, ¹ 3, maddələr
418, 428, 443, 445, ¹ 5, maddələr 914, 918,
926, 955, ¹ 6, maddələr 1225, 1234, ¹ 7 (I kitab), maddələr 1465,
1477, 1494, 1504, ¹ 8, maddələr 1678, 1697,
¹ 9, maddə 1840, ¹ 11, maddələr
2244, 2256, 2273, 2289, ¹ 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, ¹ 1, maddələr 52, 68; Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 12 mart tarixli
586 nömrəli, 1 aprel
tarixli 602 nömrəli,
15 aprel tarixli 630 nömrəli və 3 may tarixli 673 nömrəli fərmanları) aşağıdakı
dəyişikliklər edilsin:
1. 4.3-cü bənddə
"və 340.1-ci maddəsində”
sözləri ", 340.1-ci və 393-1.3-cü maddələrində”
sözləri ilə əvəz edilsin.
2. 5.30-cu bəndə
"393,” rəqəmlərindən sonra "393-1.5,” rəqəmləri
əlavə edilsin.
3. Aşağıdakı
məzmunda 5.39-1-ci bənd
əlavə edilsin:
"5.39-1. həmin
Məcəllənin 393-1.1-ci və 393-1.3-cü maddələrində
nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə
Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi,
393-1.4-cü və 393-1.6-cı maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyi və ya Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxırlar;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 may 2019-cu il
Azərbaycan.- 2019.- 19 may.- S.2.