Azərbaycan Respublikası Prezidentinin “Alkoqollu
içkilər, etil (yeyinti)
spirti və tütün
məmulatı istehsalının, saxlanmasının,
idxalının və satışının tənzimlənməsi
haqqında” 1996-cı il 20 dekabr
tarixli 527 nömrəli, “Dərman vasitələri
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” 2007-ci il 6 fevral tarixli 528 nömrəli,
“Dini etiqad
azadlığı haqqında” Azərbaycan
Respublikasının Qanununa əlavələr
və dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
haqqında” 2009-cu il 29 may
tarixli 97 nömrəli, “Dini
etiqad azadlığı haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2015-ci il 6 mart tarixli 1227-IVQD nömrəli
Qanununun tətbiqi haqqında” 2015-ci il 3 aprel tarixli
496 nömrəli və “Dərman vasitələri haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan
Respublikasının 2015-ci il 6 mart tarixli 1228-IVQD nömrəli
Qanununun tətbiqi haqqında” 2015-ci il 3 aprel tarixli
497 nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 29
mart tarixli 454 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Vergilər Nazirliyi haqqında Əsasnamə”də
və 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 20
dekabr tarixli 415 nömrəli Fərmanının
icrası ilə əlaqədar qərara alıram:
1. "Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının,
saxlanmasının, idxalının
və satışının
tənzimlənməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 1996-cı il
20 dekabr tarixli 527 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 2, maddə 74; 2001, ¹ 10, maddə 640; 2003, ¹ 10, maddə
585; 2009, ¹ 2, maddə 72, ¹ 3, maddə 163; 2010, ¹ 5, maddə
394; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə
1470, ¹ 11, maddə 1799) 2-ci hissəsinin
ikinci abzasında
"Maliyyə Nazirliyinə”
sözləri "Vergilər
Nazirliyinə” sözləri
ilə əvəz edilsin.
2. "Dərman vasitələri haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2007, ¹ 2, maddə 94, ¹ 11, maddə
1111; 2009, ¹ 4, maddə 226, ¹ 6, maddə 417; 2014, ¹ 10, maddə
1199; 2015, ¹ 3, maddə 273, ¹ 9, maddə 991; 2016, ¹ 12, maddə
2065; 2017, ¹ 5, maddə 830; 2018, ¹ 10, maddə 2016) 2.5-ci bəndində
"Maliyyə Nazirliyi”
sözləri "Vergilər
Nazirliyi” sözləri
ilə əvəz edilsin.
3. "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa
əlavələr və
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 29 may tarixli
97 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 5, maddə 329; 2012, ¹ 4, maddə 294; 2013, ¹ 8, maddə
908; 2015, ¹ 9, maddə 987; 2017, ¹ 6, maddə 1097) 2.8-ci bəndində
"Maliyyə Nazirliyi”
sözləri "Vergilər
Nazirliyi” sözləri
ilə əvəz edilsin.
4. "Dini etiqad azadlığı
haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2015-ci il 6 mart tarixli
1227-IVQD nömrəli Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 3 aprel tarixli 496 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 4, maddə 375) 3-cü hissəsi ləğv edilsin.
5. "Dərman vasitələri haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2015-ci il 6 mart tarixli
1228-IVQD nömrəli Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 3 aprel tarixli 497 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 4, maddə 376) 3-cü hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 may 2019-cu il
Azərbaycan.- 2019.- 19 may.- S.2.