“Peşə təhsili haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli
140 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Peşə təhsili
haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. "Peşə
təhsili haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 6, maddə
1230) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1-ci bənddə
"10.11-ci maddəsində” sözləri "10.11-ci, 10.21-ci və 24.3-cü maddələrində”
sözləri ilə əvəz edilsin.
1.2. 2.2-ci bənd
üzrə:
1.2.1. "normativ
hüquqi aktlar” sözlərindən sonra
", o cümlədən dövlət
təhsil standartları
və kvalifikasiyalara uyğun təhsil proqramları (kurikulumlar)” sözləri, "qəbul
qaydasını təsdiq
etmək” sözlərindən
sonra ", dövlət
sifarişini və ödənişli əsaslarla
təhsil haqqının
məbləğini müəyyən
etmək” sözləri,
"akkreditasiyası” sözündən
sonra "və təhsilverənlərinin attestasiyası
(sertifikatlaşdırılması)” sözləri əlavə
edilsin;
1.2.2. "və
4.0.24-cü” sözləri ",
4.0.24-cü” sözləri ilə
əvəz edilsin;
1.2.3. "(peşə
təhsili müəssisələrinə
olan tələbatı
müəyyənləşdirmək, peşə təhsili müəssisələrinin yaradılması
və inkişafını
təşviq edən mexanizmləri hazırlamaq
üzrə)” sözlərindən
sonra ", 4.0.25-ci və
4.0.30-cu” sözləri əlavə
edilsin.
1.3. 2.3-cü bəndə
"10.17-ci” sözlərindən əvvəl "8.1-ci,” sözləri,
"normativ hüquqi aktlar təsdiq etmək” sözlərindən
sonra ", dövlət
təhsil standartlarının
və kvalifikasiyalara uyğun təhsil proqramlarının (kurikulumların)
icrasına nəzarət
etmək” sözləri,
"4.0.11-ci,” sözlərindən sonra "4.0.13-cü,” sözləri,
"akkreditasiyasını” sözündən sonra
"və təhsilverənlərinin
attestasiyasını (sertifikatlaşdırılmasını)”
sözləri və
"4.0.24-cü” sözlərindən əvvəl "4.0.20-ci, 4.0.22-ci (məcburi dövlət sosial sığortasına
cəlb olunmayan şəxslərə münasibətdə),”
sözləri əlavə
edilsin.
1.4. 2.4-cü bənddə
"4.0.7-ci maddəsində” sözləri "4.0.7-ci, 4.0.10-cu və 4.0.16-cı maddələrində”
sözləri ilə,
"vəzifəni” sözü
"vəzifələri” sözü
ilə əvəz edilsin.
1.5. 2.5-ci bəndə
"4.0.7-ci,” sözlərindən sonra "4.0.10-cu,” sözləri
və "4.0.14-cü,” sözlərindən
sonra "4.0.16-cı,” sözləri
əlavə edilsin.
1.6. 2.8-ci bəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
2.9-2.12-ci bəndlər əlavə
edilsin:
"2.9. həmin
Qanunun 4.0.12-ci maddəsində
nəzərdə tutulmuş
vəzifələri fəaliyyət
istiqamətləri üzrə
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
və Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi həyata keçirirlər;
2.10. həmin
Qanunun 4.0.17-ci maddəsində
nəzərdə tutulmuş
vəzifələri Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi və Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirirlər;
2.11. həmin
Qanunun 4.0.22-ci maddəsində
nəzərdə tutulmuş
vəzifəni (məcburi
dövlət sosial sığortasına cəlb
olunan şəxslərə
münasibətdə) və
4.0.23-cü maddəsində nəzərdə tutulmuş
sosial müdafiəyə
xüsusi ehtiyacı olan şəxslərin ixtisasına uyğun işlə təmin olunmasına yardım etmək vəzifəsini Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
2.12. həmin Qanunun 4.0.23-cü maddəsində
nəzərdə tutulmuş
sosial müdafiəyə
xüsusi ehtiyacı olan şəxslərin peşə təhsili almaq hüququnu təmin etmək vəzifəsini Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi və Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla,
Azərbaycan Respublikasının
Təhsil Nazirliyi həyata keçirirlər.”.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.4. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 may 2019-cu il
Azərbaycan.- 2019.- 19 may.- S.2.