Kamerun Respublikasının
Prezidenti zati-aliləri
cənab Pol Biyaya
Hörmətli cənab
Prezident!
Ölkənizin milli bayramı münasibətilə Sizə
və xalqınıza
ən səmimi təbriklərimizi yetirirəm.
Belə bir əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Kamerun xalqına əmin-amanlıq
və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 may 2019-cu il
Azərbaycan.- 2019.- 19 may.- S.1.