Xalçaçılığın inkişafı yeni dövrə qədəm qoyur
İqtisadiyyatın bir çox ənənəvi sahələrinin yenidən dirçəldilməsi siyasəti özünü doğruldur. Həmin sahələrdən biri də xalçaçılıqdır. Azərbaycanda xalçaçılığın tarixi qədimdir. Ölkəmizdə toxunan qədim xalçalar dünyanın bir sıra məşhur muzeylərində qiymətli eksponat kimi saxlanılır.
Prezident İlham Əliyevin sərəncamı ilə "Azərxalça” ASC-nin yaradılmasından sonra ölkəmizin bir sıra rayonlarında cəmiyyətin filialları açıldı. Artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz və İsmayıllı rayonlarında cəmiyyətin filialları fəaliyyət göstərir. Bununla yanaşı, Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisinə başlandı. Cari ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub.
Hazırda toxunan xalçalarda Ağsu, İsmayıllı, Qobustan,
Şamaxı, Ağdaş, Göyçay, Hacıqabul, Kürdəmir, Salyan, Ucar, Zərdab, Qax, Qəbələ, Oğuz,
Şəki və Zaqatala
rayonlarının kəndlərində toxunan
orijinal Şirvan xalça çeşnilərinə üstünlük verilir.
Ümumilikdə isə ölkəmizin bütün
bölgələrində toxunan
qədim çeşnilər yenidən bərpa olunaraq istehsalata tətbiq edilir. Beləliklə, zəngin
xalçaçılıq sənətimizi dirçəltməklə
yanaşı, qeyri-neft sektorunun
inkişafına da öz
töhfəsini verir. Ən
başlıcası xalçaçılığın
inkişafı qadınlar arasında olan işsizliyin aradan
qaldırılmasında müəyyən rol
oynayır. Məqsəd bu sahədə
50 mindən çox insanı işlə
təmin etməkdir.
Azərbaycan.- 2019.-19 may.- S. 5.