Buta simvolu

 

Atəşin rəmzi

 

Bütün dini fəlsəfələrdə Günəş, nur, Günəş zərrəcikləri simvolik xarakter daşıdığına görə insanlar müxtəlif dövrlərdə onlara sitayiş etmişlər. Onlar hətta həmin simvolları məişətdə belə tətbiq edərək sənət əsərlərində təcəssüm etdirmişlər. Bu simvollardan biri də atəşin, nurun rəmzi olan butadır.

Buta dekorativ və tətbiqi sənətdə geniş yayılmış və zaman keçdikcə tədricən müxtəlif məzmunlu və formalı motivlərlə zənginləşdirilmişdir. Bakının qədim dövrünü əks etdirən mədəni təbəqədən aşkar olunmuş külli miqdarda sənətkarlıq nümunələri üzərində həkk olunmuş solyar (latınca solaris - günəşli, sol - Günəş deməkdir) və buta (sanskritcə Buddha sözündən formalaşmış, hərfi mənada nur deməkdir) rəsmləri buna misaldır. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması (nurya Günəş zərinin simvolik forması) olduğu güman edilir. Buta bir simvol olaraq yanan alovun formasını canlandırır, 6 və ya 9 rəqəmlərini özündə əks etdirir.

 

Azərbaycan.- 2019.-19 may.- S.6.