Mən bir susmaz duyğuyam ki...
Mən bir solmaz yarpağam ki, çiçəkləri
bəzərim,
Mən bir susmaz duyğuyam
ki, ürəkləri
gəzərim.
Mən səninçin
ömrüm boyu cəfalara dözərim,
Sənsiz güllər
açılmasın, axar
çaylar dayansın,
Oxu, bülbül, bəlkə yarım oyansın!..
Mən bir sönməz ulduzam ki, daim işıq
saçarım,
Mən bir oynaq bülbüləm ki, güldən-gülə
uçarım,
Mən bir saqlı aləməm ki, sevgilərdir açarım.
Sənsiz günəş
görünməsin, qaralara
boyansın,
Oxu, bülbül, bəlkə yarım oyansın!..
Mən səninçin
şəfəqlərdən süslü bir tac yaparım,
Yol ver mənə, gül dərmişəm, sevdiyimçin
aparım!
Arar, arar, arar, arar, axır
səni taparım;
Sənsiz solsun göy yarpaqlar, axar sular bulansın,
Oxu, bülbül, bəlkə yarım
oyansın!..
Cəfər Cabbarlı
Azərbaycan.-
2019.- 21 may.- S.6.