Azərbaycan tarix elminə prezident qayğısı
Tarix İnstitutu son 15 ildə
Cümhuriyyət tarixi institutun əsas tədqiqat istiqamətlərindən
biridir
İnstitutda ayrıca "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” şöbəsi fəaliyyət göstərir. Bütün Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin hərtərəfli və dərindən araşdırılması üçün mühüm işlər görülmüşdür. Şöbə rəhbəri Nigar Maksvelin tərtib etdiyi "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Böyük Britaniyanın arxiv sənədlərində” (Azərbaycan və rus dillərində). Bakı, 2008-2011, sənədlər toplusu, "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” sənədlər və materiallar toplusu, şöbə əməkdaşlarının nəşr etdirdikləri monoqrafik tədqiqatlar ("Qenoüid azerbaydjanskoqo naroda 1918 qoda: orqanizatorı i palaçi”; R.H.Rüstəmov, Ş.F.Rəhmanzadə, Ə.F.Məmmədov, İ.H.Əliyeva. "Azərbaycan Xalq Cümhuriyyəti Xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü” (Azərbaycan, rus və gürcü dillərində); R.Bayramova. "Azərbaycanın Quba bölgəsi tarixin dönüş mərhələsində (1917-1920-ci illər)” cümhuriyyət tarixinə həsr olunmuş mühüm əsərlərdir. Ulu öndərin vəsiyyətinə əsasən Prezident İlham Əliyevin nəşr etdirdiyi ikicildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” (baş redaktoru Yaqub Mahmudov) cümhuriyyət tariximizə çox mühüm töhfədir. 2018-ci ili ölkədə "Cümhuriyyət ili” elan etmiş ölkə rəhbəri Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırılmasını daim diqqət mərkəzində saxlayır. 2018-ci il sentyabrın 15-də ölkə başçımızın təşəbbüsü və qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakının Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusu tərəfindən daşnak-bolşevik dəstələrindən azad olunmasının 100 illiyinin təntənəli hərbi paradla qeyd olunması tarixi keçmişimizin bugünkü və gələcək nəsillərə olduğu kimi çatdırılması işinə dövlət qayğısının parlaq nümunəsidir.
İnstitutda cümhuriyyət tarixinin yeni səhifələrinin aşkar olunması üzərində tədqiqatlar davam etdirilir. Hazırda Britaniya arxivlərində cümhuriyyət tarixinə dair yeni arxiv sənədlərinin toplanması işi uğurla davam etdirilir.
Xalqın öz tarixinə sahib çıxması
ölkə başçısının böyük
uğurudur
Prezident İlham Əliyev dünyada böyük maraq doğuran inkişafın yeni Azərbaycan modelinin müəllifidir. Bu modelin tərkib hissələrindən biri milli-mənəvi dirçəliş və xalqın öz tarixinə sahib çıxmasıdır. Bu baxımdan son 15 il ərzində A.A.Bakıxanov adına Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsərinin və sənəd toplularının nəşri Prezident İlham Əliyevin Azərbaycan tarix elminə göstərdiyi gündəlik dövlət qayğısının ən bariz nümunəsidir.
İnstitutda nəşr olunan əsərlər, demək olar ki, tarix elmimizin bütün dövrlərini və ən mühüm taleyüklü problemlərini əhatə edir. Belə ki, qədim dövrə aid nəşr olunan əsərlər içərisində S.Qaşqay. "Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə”; S.Qaşqay. "Ön Asiyada miqrasiya proseslərinə dair”; F.K.Aliyeva. "Kultura antiçnoqo Azerbaydjana - Midiyskoy Atropatenı i Kavkazskoy Albanii (IV v. do n.g. - III v. n.g.)”; F.Osmanov. "İstoriya i kultura Kavkazskoy Albanii”; A.N.Əlimirzəyev. "Erkən Elam cəmiyyəti: siyasi-iqtisadi münasibətlər və yazı tarixi (e.ə. IV-III minilliklər)”; A.Alekperov. "Turki Azerbaydjana”; R.Məlikov. "Qədim fars kitabələri (transliterasiya, tərcümə, qlossari)”; "Azərbaycanın qədim tarixi yazılı mənbələrdə”; Y.M.Mahmudov. "Real tarix və "böyük Ermənistan” uydurması” (Azərbaycan, rus, ingilis, ispan, ərəb, fransız, gürcü dillərində) kimi qiymətli tədqiqatlar xüsusi yer tutur.
İnstitutun
ən mühüm şöbələrindən biri olan Orta əsrlər
tarixi şöbəsində elmi araşdırmalara konseptual
baxış əsaslı surətdə dəyişdirilmişdir.
Əvvəllər yasaq olan mövzuların
araşdırılması indi diqqət mərkəzində
saxlanılır. Müxtəlif xarici dillərdə nəşr
olunmuş ilk mənbələrin, əsərlərin
araşdırılması və təhlil olunması
şöbə əməkdaşlarının əsas tədqiqat
istiqamətlərindən birinə çevrilmişdir. Son illərdə nəşr olunmuş əsərlər
(R.Ə.Ağayev. "Azərbaycan və Mərkəzi
Asiya dövlətlərinin qarşılıqlı münasibətləri
(XV-XVII əsrlər)”; F.A. Quseyn. "Osmano - Sefevidskaə voyna
1578-1590”; "Venesiyalılar Şah I Təhmasibin
sarayında”; Y.M.Mahmudov. "Azərbaycan diplomatiyası” (Azərbaycan,
rus, ingilis, italyan və türk dillərində); Y.M.Mahmudov.
"Azerbaijan diplomacy in the second half of the XV - the
begenning of the XVII centuries”; Y.M. Mahmudov. "Azerbaijan
- Evrope diplomatic relations”; V.Z.Piriyev. "Zəki
Vəlidi Toğan. Azərbaycanın tarixi
coğrafiyası”; Y.M.Mahmudov. "Azərbaycanın
Avropa ölkələri ilə əlaqələri”;
Y.M.Mahmudov, K.K.Şükürov. "Naxçıvan:
tarixi və abidələri”; Ş.Hacıəli. "Şimal-Qərbi Azərbaycan: ingiloylar”;
Y.M.Mahmudov. "Azərbaycan tarixi (erkən
intibah dövrü)” (Azərbaycan, ingilis dillərində);
Y.M.Mahmudov. "Azərbaycanlılar” (Azərbaycan,
ingilis və rus dillərində); Y.M.Mahmudov. "Səyyahlar, kəşflər və Azərbaycan”;
Y.M. Mahmudov, Kərim Şükürov. "Azərbaycan
beynəlxalq münasibətlər və diplomatiya tarixi
1639-1828”; Q.Cəbiyev. "Girdiman tarixi”;
T.Məmmədov. "Qafqaz Albaniyası ilk
orta əsrlərdə”; Q.Ə. Hacıyev. "Bərdə şəhəri. Coğrafi, siyasi və mədəni tarixi”;
X.S.Qasımov. "Orta əsrlərdə
Azərbaycan mədəniyyəti”; Q.Ə.Hacıyev. "Qarabağın maddi və mənəvi mədəniyyəti”
(Azərbaycan, ingilis və fransız dillərində); G.Latifova.
"İlisuyskoe sultanstvo”; Mehmet Saray. "Quzey və Güney Azərbaycan türklərinin
tarixi”; Ş.Məmmədli. "XVII-XVIII əsrlərdə
Azərbaycan-Hindistan ticarət əlaqələri”;
Ə.S.Quliyev. "XVI əsrin
ortalarında Azərbaycan Səfəvilər dövlətinin
ictimai-siyasi vəziyyəti (Mikel Membrenin "Səyahətnamə”si
əsasında)”; Y.Gözəlova. "Orta
əsrlərdə Avrasiyanın ticarət əlaqələri”;
T.H.Nəcəfli. "Qaraqoyunlular və Ağqoyunlular” (fars dilində); T.H.Nəcəfli. "Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri”;
T.H.Nəcəfli. "Səfəvi-Osmanlı
münasibətləri”; N.A.Əliyeva. "Əs-Səmaninin
"Kitab əl-əriasib” əsəri Azərbaycan mədəniyyət
tarixinin öyrənilməsində mənbə kimi”;
D.M.Əzimli. "Azərbaycanın Qərbi
Avropa ölkələri ilə ticarət əlaqələri və
Türkiyə (XV əsrin II yarısı - XVII əsrin I yarısı)”;
A.Məmmədli. "Azərbaycanın
şimal-qərb bölgəsinin tarixi abidələri”; A.Məmmədli.
"Haylada unudulan tariximiz və dambur”;
N.A.Əliyeva. "İbn Makula və Azərbaycan”;
N.A.Əliyeva. "Azərbaycan
ziyalılarının elmi əlaqələri və tədris
fəaliyyəti”; N.V.Mamedova. "Vzaimootnoşenye
Azerbaydjanskoqo qosudarstva Sefevidov s Osmanskoy imperiey v naçale XVI
veka vo fransuzskoy istorioqrafii”; N.F.Axundova. "Azerbaydjanskie
qosudarstva v XV-XVI vekax”; M.Şərifli. "IX
əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan
feodal dövlətləri”; N.F.Axundova. "Ob
istorii Azerbaydjanskix qosudarstv Karakoönlu i Akkoönlu. Vıderjki iz "Kembridjskoy istorii İrana” Turkmenskie
dinastii. Perevod s anqliyskoqo Narqiz Axundovoy”;
N.F.Axundova. "Ob istoriçeskix soprikosnoveniəx
Azerbaydjanskoy i Kitayskoy kultur”; S.Rəhimova. "Dərbənd şəhərinin tarixindən”;
Ş.F.Ferzelibeyli. "Azerbaycan ve
Osmanlı İmeparatorluğu (XV-XVI. Yüzyıllar)”;
R.Ağayev. "Ərəb Xilafəti
dövründə Azərbaycan əhalisi”; N.F.Axundova. "Razvitie sufizma v Azerbaydjane: Vozvışenie Şeyxa
Sefi ad-Dina İsxaka Ardebili v epoxu İlğxanata (na osnove
svedeniy zapadnoy istorioqrafii)”; L.R.Kafar-zade. "Voprosı
rannesrednevekovoy istorii Azerbaydjana v anqloəzıçnoy
istorioqrafii”) Azərbaycan orta əsrşünaslığının
həm mühüm uğurları, həm də tariximizə
müstəqillik təfəkkürü ilə yanaşmaq
nümunəsidir.
XIX yüzilliyin əvvəllərində
Azərbaycan iki imperiya arasında
bölüşdürüldükdən və ölkəmizin
şimal torpaqlarına - İrəvan-Göyçə, Zəngəzur
ellərinə və Qarabağa ermənilər
köçürüldükdən sonra tariximiz daha çox
saxtalaşdırmalara və təhriflərə məruz
qalmışdır. Buna görə də yeni və müasir
dövr tariximiz, demək olar ki, yenidən yazılır.
Tariximizin bu dövrlərindən bəhs edən
əsərlər institutun ən mühüm
uğurlarından sayıla bilər. Bu
sıradan "Qarabaq. Körekçayskiy
doqovor - 2005”; V.V.Umudlu. "Şimali Azərbaycanın
çar Rusiyası tərəfindən işğalı və
müstəmləkəçilik əleyhinə mübarizə
(1801-1828)”; N.R.Məmmədov. "Azərbaycanın
Şuşa qəzası (1900-1917-ci illər)”; F.Abbasov. "Qarabaqskoe xanstvo”; Z.Hacıyeva. "Qarabağ xanlığı: sosial-iqtisadi
münasibətlər və dövlət quruluşu”; İ.M.Məmmədova.
"Lənkəran xanlığı I
Rusiya-İran müharibəsi dövründə”; Q.Dj.Nadjafli.
"Azerbaydjan v XVIII-XIX vekax”; E.T.Babayev. "Gəncə xanlığının tarixindən”;
Y.M.Mahmudov və Camal Mustafayev. "Şuşa-Pənahabad”;
T.T.Mustafazadə. "Qarabağ
xanlığı”; T.T.Mustafazade. "Karabağ
hanlığı”; N.R.Məmmədov. "Azərbaycan
Xankəndi şəhərinin tarixi”; G.C.Nəcəfli. "XVIII əsrdə Azərbaycan ərazisində
erməni dövləti yaradılması cəhdləri”;
G.C.Necefli. "XVIII yüzyılda Azerbaycanda ermeni devleti
yaratmaq teşebbüsleri”; "Qubadlı: Azərbaycan
torpağı Zəngəzurun qapısı”; "Gubadly: The
ancient Azerbaijani land Zangazur's gateway”; "Qubadlı: vorota
drevney Azerbaydjanskoy zemli Zanqezur”; T.T.Mustafazadə. "XVIII əsrin II yarısı - XIX əsrin əvvəllərində
Azərbaycan-Rusiya münasibətləri”; Q.N.Qasanov. "İz istorii severo Azerbaydjanskoy derevni v konüe
XIX - naçale XX vv.”; S.Mustafaeva. "İz
istorii vzaimosvyazey narodov Azerbaydjana i Turkestana v borbe protiv qneta
Rossiyskoy imperii”; R.Y.Niftəliyev. "XIX əsrin
ikinci yarısında Azərbaycan kəndlilərinin azadlıq
hərəkatı”; İ.M.Məmmədova. "Lənkəran xanlığı I Rusiya-İran
müharibəsi dövründə”; H.Nərimanoğlu. "Zəngəzur: köç, deportasiya,
soyqırımı, işğal tarixi”; Q.Raqimli.
"Azer-baydjanskie xanstva v diplomatiçeskix otnoşeniyax
Turüii, Rossii i İrana (vo vtoroy polovine
XVIII - naçale XIX veka)” kimi tədqiqat əsərləri
xüsusilə diqqəti cəlb edir.
Dövlət başçımız
9 noyabr 2015-ci il tarixdə Akademiyada
çıxış edərkən tarixçilərin əməyinə
yenidən yüksək qiymət verdi və müstəqilliyimizin
25-ci ildönümü münasibəti ilə Azərbaycan
Respublikasının tarixinə dair ümumiləşdirilmiş
bir tədqiqat əsərinin yazılması barədə təşəbbüs
irəli sürdü. Prezidentin bu
çıxışından sonra institutun elmi kollektivi səfərbərliyə
alındı. Və ölkə
başçısının müəyyən etdiyi vaxtda iki
cild, beş kitabdan ibarət olan "Azərbaycan
Respublikasının tarixi” işıq üzü gördü.
145 ç.v. və 2316 səhifədən ibarət
olan bu fundamental nəşrin 1-ci cildi ulu öndərin, 2-ci
cildi isə Prezident İlham Əliyevin ölkəmizə
başçılıq etdiyi dövrlərə həsr
olunmuşdur.
Kadr
hazırlığı
İnstitutda tarix elminin gələcəyi
nəzərə alınaraq yüksəkixtisaslı kadrlar
hazırlanmasına xüsusi diqqət yetirilir. Dissertasiya
şurasının fəaliyyəti diqqət mərkəzində
saxlanılır. Şimali Azərbaycanın
sovet dövrü tarixi yenidən yazılır. İtirilmiş torpaqlarımızın tarixi,
qonşu xalqlarla tarixi əlaqələrimiz başlıca tədqiqat
mövzularıdır. Bu baxımdan elmlər doktoru elmi dərəcəsi
almaq üçün Güntəkin Nəcəflinin tədqiq
etdiyi "Çar Rusiyasının Şimali Azərbaycanda erməni
dövləti yaratmaq siyasəti (XVIII-XIX əsrin əvvəli)”,
Cəbi Bəhramovun "Xəzər dənizinin Azərbaycan
sektorunda neft hasilatı, neftçıxarma sənayesinin
yaranması və inkişafı tarixi (XX əsrin II
yarısı - XXI əsrin əvvəlləri)”, İradə
Əliyevanın "Rusiya imperiyasının Şimali Azərbaycanda
xristianlaşdırma siyasəti (XIX-XX əsrin əvvəlləri)”,
İlqar Niftəliyevin "Azərbaycan SSR-də milli məsələ
və kadr siyasəti (XX əsrin 20-30-cu illəri)”, Vaqif
Abışovun "Şimali Azərbaycanda sovet hakimiyyətinin
qurulmasının tarixşünaslığı”, Aslan Xəlilovun
"Azərbaycan SSR-də sovet nomenklaturası: hakimiyyətdaxili
mübarizə (XX əsrin 20-30-cu illəri”, Firdovsiyyə
Əhmədovanın "Mərkəzi sovet hökumətinin
Azərbaycana dair siyasəti (XX əsrin 20-30-cu illəri)”,
Kamran İsmayılovun "Cümhuriyyət dövründə
Azərbaycan bölgələrində ictimai-siyasi proseslər
(1918-1920-ci illər)”, Ramil Ağayevin "Ərəb Xilafəti
dövründə Azərbaycan əhalisinin etnik və sosial tərkibi
(VII-IX əsrlər)”, Vasif Qafarovun "I Dünya müharibəsi
illərində Osmanlı imperiyasının Azərbaycan siyasəti”
və digər mövzuların araşdırılması təqdirəlayiqdir.
Alimlərimiz "Şimal-Qərbi Azərbaycan” (İradə
Bağırova, Elvira Lətifova, Arzu Məmmədova, Şamil
Rəhmanzadə, Şirinbəy Əliyev), "Azərbaycan-Gürcüstan
münasibətlərində ərazi məsələləri”
(Şamil Rəhmanzadə), "İngiloylar” (Şirinbəy
Əliyev), "İlisu sultanlığı” (Elvira Lətifova),
"Car-Balakən camaatlığı” (Arzu Məmmədova),
"Göynük hərəkatı” (Ənvər Məmmədov),
"Dərbənd XIX-XX əsrin əvvəllərində” (Asəf
Hacıyev), "Azərbaycan və Şimali Qafqaz
xalqlarının qarşılıqlı əlaqələri”
(Sevinc Əliyeva), "Tiflis quberniyasında azərbaycanlılara
qarşı 1905-ci il kütləvi qırğınları” (Fəxri
Valehoğlu), "Dağlıq Qarabağ gerçəklikləri,
soyqırımı, terror, deportasiya, işğal” (Nazim Məmmədov),
"Azərbaycan SSR ermənilərin ekspansionist planlarında”
(İlqar Niftəliyev), "Əsrin müqaviləsi: Azərbaycan
neft strategiyasının təməl daşı” (Ərəstun
Mehdiyev), "Azərbaycan dövlətçiliyi tarixində
gömrük işi” (Röfət Quliyev), "Azərbaycan
Milli Elmlər Akademiyasının yaranması” (Tamella Qocayeva),
"XX əsrdə Azərbaycan xalqına qarşı erməni
terroru” (Mehriban Əliyeva), "Qafqazın Alman əhalisi”
(İkram Ağasiyev), "Rusiyada Azərbaycan diasporu:
yaranması və inkişaf meyilləri” (Məryəm Seyidbəyli)
kimi qiymətli tədqiqatları ilə tarix elmimizi yeni faktlar
və elmi nəticələrlə zənginləşdirdilər.
Tariximizin ən prinsipial və
taleyüklü problemlərinin araşdırılmasında
istiqamətverici rol oynaması və dövlətçilik
mövqeyinin əks olunması baxımından akademik Ramiz
Mehdiyevin ayrı-ayrı illərdə nəşr etdirdiyi
"Azərbaycanlıların soyqırımı gerçəklikləri”,
"Gorus-2010: absurd teatrı mövsümü”, "Şah
İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət
kimi”, "Dağlıq Qarabağ - məxəzlərdən
oxunmuş tarix”, "Şah İsmayıl Səfəvi:
hökmdar və döyüşçünün portreti”,
"Qriqorian kilsəsi Səfəvilər dövlətinə
qarşı casusluq aləti kimi (XVII əsr-XVIII əsrin ilk
dörddəbiri)” "Tariximizin xanlıqlar dövrünün
siyasi irsi sənədlər işığında” kimi qiymətli
əsərləri tarix elmimizin inkişafına mühüm təkan
verdi.
Tarix elmləri doktoru, professor
Ə.M.Həsənovun müstəqil Azərbaycanın xarici
siyasət tarixinə həsr olunmuş qiymətli tədqiqatları
("Azərbaycan Respublikasının Milli İnkişaf və
Təhlükəsizlik siyasəti”, "Müasir Beynəlxalq
Münasibətlər və Azərbaycanın xarici siyasəti”,
"Azərbaycanın geosiyasəti” və "Geosiyasət”,
"Azərbaycan Respublikasının Milli İnkişaf və
Təhlükəsizlik siyasətinin əsasları”, "Xəzər-Qara
dəniz hövzəsi və Cənubi Qafqazın
geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti”) institutda
fəaliyyət göstərən "Beynəlxalq münasibətlər
tarixi”, "Ümumi tarix”, "Azərbaycan
Respublikasının tarixi” və digər elmi tədqiqat
şöbələrində çalışan alimlərin
axtarışlarında istiqamətverici və metodoloji əsas
rolunu oynayır, nəşr olunan əsərlərin keyfiyyətinə
müsbət təsir göstərir.
Ölkə
başçısının tapşırıqlarını
yerinə yetirmək və bununla Tarix İnstitutunu mühüm
Azərbaycançılıq mərkəzinə çevirmək
üçün geniş struktur islahatları həyata
keçirilmişdir. Bu islahatlar akademiyada həyata keçirilən
geniş islahatlar proqramı çərçivəsində
gerçəkləşdirilir.
Bu gün tarix institutunda
aparılan tədqiqatlar ənənəvi strukturdan əsaslı
surətdə fərqlənən yeni struktur çərçivəsində
həyata keçirilir. Bu baxımdan yeni yaradılan
"Əliyevşünaslıq”, "Azərbaycan Xalq
Cümhuriyyəti tarixi”, "Beynəlxalq münasibətlər
tarixi”, "Azərbaycan-Rusiya əlaqələri tarixi”,
"Azərbaycan xalqına qarşı soyqırımları
tarixi”, "Azərbaycanın tarixi demoqrafiyası”, "Sənətkarlıq
tarixi”, "Mədəniyyət tarixi”, "Azərbaycan
Respublikası tarixi” elmi tədqiqat şöbələrində
aparılan araşdırmalar tariximizin bütün dövrlərini
daha dolğun, daha ərtaflı və olduğu kimi
işıqlandırmaq imkanı yaradır.
İnstitutda 2004-cü ilədək
ulu öndərin dövlətçilik fəaliyyəti elmi tədqiqat
planlarından kənarda qalsa da yeni yaradılmış
"Əliyevşünaslıq” şöbəsi xətti ilə
son illər ərzində nəşr olunmuş ikicildlik
"Heydər Əliyev” fundamental araşdırması,
ikicildlik "Heydər Əliyev Azərbaycan elminin keşiyində”
sənədlər toplusu, Yaqub Mahmudov. "Heydər
Əliyev ideyalarının zəfər yürüşü”,
Əkub Maxmudov. "Peremojniyxıv idey
Qeydara Alieva”; Ədalət Qasımov. "Heydər
Əliyevin inkişaf strategiyası və Naxçıvan
Muxtar Respublikası”; Ədalət Qasımov. "Heydər Əliyev və Naxçıvan Muxtar
Respublikasının inkişaf tarixi”; Leyla Hüseynova. "Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri”
monoqrafiyaları təkcə Tarix İnstitutunun deyil,
bütövlükdə akademiyanın, Azərbaycan elminin
böyük uğuru sayıla bilər.
Bizim təşəbbüsümüz
ilə Azərbaycan Televiziyasının "Azərbaycan
Telefilm” yaradıcılıq birliyində ulu öndərə
həsr olunmuş "Dahi Azərbaycanlı”, Prezident İlham
Əliyevə həsr olunmuş "Tariximizin keşiyində”,
"Şuşa-Pənahabad”, "İrəvan
xanlığı”, "Sürgün” tarixi-sənədli
televiziya filmləri, həmçinin Azərbaycan, rus və
ingilis dillərində "İrəvan: gizlədilmiş həqiqətlər”,
"Zəngəzur”, "Qarabağ: əcdadlarımızın
mirası” sənədli filmləri Gənclər və
İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ”
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və
AMEA Tarix İnstitutunun birgə əməkdaşlığı
çərçivəsində ərsəyə gəlmişdir.
Tarix İnstitutunda son illərdə
"Tarixi şəxsiyyətlərimizə sahib
çıxaq” layihəsi uğurla həyata keçirilməkdədir. Bu layihə çərçivəsində
Bakı şəhərinin müxtəlif lisey və orta məktəblərində
və Şəki şəhərində "Heydər
Əliyev”, "Həsən Padşah”, "Şah
İsmayıl Səfəvi”, "Şah Təhmasib Səfəvi”,
"Şah Abbas Səfəvi”, "Nadir şah Əfşar”,
"Ağa Məhəmməd şah Qacar”, "Vətən
qeyrətli qadın hökmdarımız - Tomris”, "Hacı
Çələbi xan” mövzularında elmi-praktik konfranslar
keçirilmişdir. Bu konfransların gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyə olunmasında
rolu əvəzsizdir.
2014-cü il iyul
ayının 6-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Azərbaycan diplomatları
qarşısında çıxışı zamanı
demişdir: "Bilirsiniz ki, alimlərimiz mənim təşəbbüsümlə
İrəvan xanlığı haqqında böyük elmi əsər
yaratmışlar. Bunun çox böyük əhəmiyyəti
vardır. Ancaq bu əsər daha çox
faktoloji və elmi məsələləri əks etdirir. Hesab edirəm ki, daha geniş auditoriyaya
çatdırmaq üçün kiçikhəcmli
broşürlər də buraxılmalıdır”.
Ölkə başçısının həmin
çağırışına cavab olaraq Tarix İnstitutu
aşağıdakı yeni broşürləri nəşr
etdirmişdir: Akademik Yaqub Mahmudovun elmi redaktorluğu ilə
G.C.Nəcəfli. "İrəvan qalası - qəhrəmanlıq
qalası” (Azərbaycan, ingilis, rus, erməni və fars dillərində); G.C.Nəcəfli.
"Cuxursəd hakimləri və İrəvan xanları” (Azərbaycan,
ingilis, rus, erməni və fars dillərində);
N.Mustafa. "Erməni vandallarının yox etdiyi İrəvan
məscidləri” (Azərbaycan, ingilis, rus, erməni və fars dillərində); N.Mustafa. "Erməni
vandallarının yox etdiyi Xan sarayı” (Azərbaycan, ingilis,
rus, erməni və fars dillərində);
G.C.Nəcəfli. "İrəvan
xanlığının paytaxtı - İrəvan şəhəri”
(Azərbaycan və rus dillərində); G.C.Nəcəfli.
"Erməni vandallarının yox etdiyi İrəvan
qalaları” (Azərbaycan və rus dillərində); G.C.Nəcəfli.
"İrəvan xanlığının
mahalları” (Azərbaycan və rus dillərində); İ.M.Məmmədova.
"İrəvan xanlığının əhalisi”
(Azərbaycan və rus dillərində).
Prezident İlham Əliyev 9 noyabr 2015-ci ildə AMEA-nın 70 illik yubileyi ilə bağlı tədbirdə çıxışı zamanı son illərdə Tarix İnstitutunda aparılan elmi tədqiqatları yüksək qiymətləndirmişdir: "Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək bəzi hallarda buna nail olurlar. "Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur reallıq. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olubdur. Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır”.
Ölkə başçısı Tarix İnstitutunun fəaliyyətinə yüksək qiymət verməklə yanaşı, həm də tarixçilər qarşısına uzun müddət üçün proqram xarakterli vəzifələr qoymuşdur. Hazırda institut öz fəaliyyətində Prezidentin tövsiyə, çağırış və tapşırıqlarını əsas tutaraq tariximizi xalqımıza olduğu kimi təqdim etmək üçün geniş axtarışlar aparmaqda davam edir.
Yaqub MAHMUDOV,
AMEA-nın həqiqi üzvü,
əməkdar elm xadimi,
dövlət mükafatı laureatı
Azərbaycan.-
2019.-22 may.- S.4.