UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

 

UEFA bütün Avropada futbol azarkeşlərinə Avropa Liqasının kubokunu görmək imkanı yaradan kubok turu keçirib. Kubok turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva Parisi əhatə edib. Kubokun son dayanacaq məntəqəsi isə final oyununun keçiriləcəyi Azərbaycan olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, UEFA Avropa Liqasının kuboku ölkəmizin bölgələrində nümayiş olunur. Belə ki, Avropa Liqasının kuboku Gəncə şəhərindən sonra mayın 21-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gətirilib. Avropa Liqasının kubokunu yaxından görmək şəkil çəkdirmək istəyən kənd sakinləri, futbol azarkeşləri üçün "Qayıdışparkında şəkil zonası, "Qarabağklubunun Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyası təşkil olunub.

Azyaşlı qonaqlar üçün face-art, animator oyunlar, futbol üzrə ustad dərsləri digər əyləncələr maraqla qarşılanıb. Bayram ab-havasının yaradılması üçün tədbirdə ölkədə tanınan DJ AKG iştirak edib.

Qeyd edək ki, Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalında İngiltərənin "Arsenal” "Çelsikomandaları qarşılaşacaq.

 

Azərbaycan.- 2019.-22 may.- S.1.