Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Çin Xalq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı bildirirəm.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 28 il ərzində davamlı iqtisadi inkişaf yolu ilə irəliləyir, xalq sülhrifah içində yaşayır, ölkənizin beynəlxalq statusunüfuzu daimi artır. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Bu yaxınlarda II "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində biz Sizinlə əhəmiyyətli görüş keçirdikbir sıra razılıqlar əldə etdik. Ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin və bütün sahələrdə əməkdaşlığın daha yeni pilləyə yüksəlməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və bütün işlərinizdə uğurlar diləyirəm.

Dost Azərbaycana inkişafrifah, onun xalqına xoşbəxtlik arzulayıram.

Dərin hörmətlə,

 

Si CİNPİN,

Çin Xalq Respublikasının Sədri

 

Azərbaycan.- 2019.- 23 may.- S.2.