Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Qardaş ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə Əlcəzair dövləti, hökuməti və xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Mən Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə bundan sonra da sülh, sabitlik, tərəqqi və firavanlıq şəraitində yaşamağı arzu edirəm.
Cari ildə bu əlamətdar günün qeyd olunması həm də ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf edir. Bu münasibətlər ölkələrimiz arasında əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan ikitərəfli əlaqələrin, eləcə də hər iki ölkə üçün maraq doğuran məsələlərlə bağlı həm beynəlxalq, həm də regional forumlarda səmərəli əməkdaşlığın inkişafına təkan vermiş və xalqlarımız arasındakı tarixi münasibətlər daha da möhkəmlənmişdir.
Mən bu xoş fürsətdən istifadə edərək Əlcəzair və Azərbaycan dövlətləri arasında mövcud olan qardaşlıq və əməkdaşlıq münasibətlərini möhkəmləndirmək, eləcə də bu münasibətləri qardaş xalqlarımızın ortaq maraqları naminə ən yüksək səviyyələrə qaldırmaq istiqamətində birgə səylərimizi davam etdirməyi qətiyyətlə dəstəklədiyimi bildirirəm.
Sizə bir daha ən səmimi təbriklərimi çatdırıram.
Zati-aliləri, icazə verin Sizə ən yüksək ehtiramımı bildirim.
Dərin hörmətlə,
Əbdülqadir bin Saleh
Əlcəzair Xalq Demokratik
Respublikasının
Prezidenti vəzifəsini icra edən
Azərbaycan.- 2019.- 23 may.- S.2.