ADA Universiteti və Rusiya
Elmlər Akademiyası gənc alimlərin yetişdirilməsində
əməkdaşlıq etməyi planlaşdırır
ADA Universiteti və Rusiya Elmlər Akademiyası gənc alimlərin yetişdirilməsində əməkdaşlıq etməyi planlaşdırır.
Bu məsələ mayın 22-də Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevlə görüşündə müzakirə edilib.
ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, tərəflər, xüsusilə informasiya texnologiyalarının və tətbiqi elmlərin inkişafı məqsədilə mübadilə proqramlarını nəzərdən keçirəcəklər.
Görüşdə qarşılıqlı maraq doğuran sahə kimi, həmçinin Xəzər hövzəsi üzrə elmi tədqiqatların aparılması müzakirə olunub.
Akademik
Aleksandr Sergeyevin
başçılıq etdiyi nümayəndə
heyəti ADA Universitetində olarkən tədris mərkəzi
ilə də tanış olub. Qonaqlara universitetin tələbə
və müəllim heyəti, burada
yaradılan beynəlmiləl mühit və
Rusiyanın bir neçə aparıcı
universiteti daxil olmaqla, 70-ə yaxın xarici
ali təhsil ocağı ilə qurulan elmi əməkdaşlıq
barədə məlumat verilib. Akademik Aleksandr Sergeyev qarşıdan gələn "Məzun
günü” münasibətilə universitet rəhbərliyini təbrik edib və ADA yetirmələrinə uğurlar arzulayıb.
Azərbaycan.- 2019.-23 may.- S.3.