Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Bizə dost ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Xalqınızın ümid və arzularının həyata keçirilməsində Sizin uğurlarınızın davamlı olmasını ürəkdən arzulayıram.

Fürsətdən istifadə edərək, dost xalqlarımızın maraqlarına uyğun olaraq bütün sahələrdə qarşılıqlı əməkdaşlığımızın inkişaf etdirilməsinə ümidvar olduğumu bildirmək istərdim.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm.

Böyük hörmət və ehtiramla,

 

Əbdülfəttah əs-Sisi

Misir Ərəb Respublikasının Prezidenti

 

Azərbaycan.- 2019.- 24 may.- S.2.