İslam dəyərləri milli dəyərlərimizin
ayrılmaz tərkib hissəsidir
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki
Pir Həsən ziyarətgahında təşkil
olunan iftar mərasimində iştirak
ediblər.
AZƏRTAC xəbər
verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu yaxınlarda həmin ziyarətgahda olarkən iftar süfrəsinə dəvət edilmişdilər.
İftar mərasiminə toplaşanlar
Azərbaycandakı sosial-iqtisadi
inkişafa, əmin-amanlığa
görə təşəkkürlərini
bildirdilər. Onlar Prezident İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizin inkişafı
istiqamətində gördükləri
işləri yüksək
qiymətləndirdilər, belə
mərasimlərin tezliklə
Qarabağda da keçiriləcəyinə əminliklərini
ifadə etdilər.
Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunun sakinləri ilə görüşməkdən
şad olduğunu bildirdi, müqəddəs
ramazan ayında onların dualarının
qəbul olunmasını
və Allah-taalanın
ölkəmizi hər
zaman qorumasını arzuladı.
İftar mərasimində "Qurani-Kərim”dən
ayələr və iftar duası oxundu.
Müqəddəs Kitabımız olan "Qurani-Kərim”in nazil olduğu ramazan ayı insanların qəlbini nurlandıran, onları sülhə, həmrəyliyə, əxlaqi
saflığa dəvət
edən mübarək
aylardandır. Müsəlmanlar bu ayda xeyirxah
əməllərin, mərhəmət duyğularının fərəhini,
mənəvi-ruhi kamilliyin nəfs üzərində
qələbə sevincini yaşayırlar.
Mübarək ramazan günlərində
gözəl ənənəyə çevrilən iftar süfrələrinin təşkil edilməsi
də cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə
ölkəmizdə dövlətlə din
arasında sıx birliyin bariz
nümunəsidir. Ramazanın önəmli mərasimlərindən
biri olan iftar süfrələrinin mənası sadəcə
ehtiyacı olanlara yemək vermək deyil, paylaşmaq,
yaxınlaşmaq, birlikdə Allaha dua etməkdir. Azərbaycan dövləti çox möhkəm milli
dəyərlər üzərində qurulub.
İslam dəyərləri isə milli dəyərlərimizin ayrılmaz tərkib
hissəsidir.
Azərbaycan.- 2019.-24 may.- S.2.