Regionda mühüm rola
malik Azərbaycan Almaniya
üçün çox
vacib tərəfdaşdır
Mayın 23-də ölkəmizdə səfərdə
olan Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr
üzrə işçi
qrupu Milli Məclisdə Azərbaycan-Almaniya
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev Azərbaycanın Almaniya ilə münasibətlərə böyük önəm verdiyini və ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Bildirib ki, belə səfərlərin sayının artırılması vacibdir.
Qonaqlara ölkəmizin əldə etdiyi uğurlar, reallaşdırdığı layihələr, qanun yaradıcılığı prosesi barədə ətraflı məlumat verilib.
Almaniya Bundestaqının Sosial Demokratlar Partiyası fraksiyasının deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Kars Azərbaycanda 20 il əvvəl olduğunu və ötən dövrdə ölkəmizin çox inkişaf etdiyini, gözəlləşdiyini bildirib. Qonaq ölkəmizə Gürcüstan sərhədindən avtomobillə gəldiklərini, buna görə də təkcə Bakıdakı deyil, regionlardakı inkişafın da şahidi olduqlarını qeyd edib. Bildirilib ki, Azərbaycan regionda mühüm rola malikdir və Almaniya üçün çox vacib tərəfdaşdır.
Söhbət zamanı Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Görüşdə Azərbaycan-Almaniya
parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri
Əli Hüseynli, Tahir
Mirkişili, Sevinc Hüseynova, Asim Mollazadə,
hər iki ölkənin səfirləri Ramin Həsənov və Mixael
Kindsqrab iştirak
ediblər.
Azərbaycan.- 2019.- 24 may.- S.2.