İnkişafa gedən yolda hər zaman ölkə rəhbərinin yanındayıq

 

Gənclər ölkəmizin aparıcı qüvvəsi gələcəyə ümididir. Respublikada gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdu. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilirbunun nəticəsidir ki, indi gənclərimiz respublika daxilində və xaricində müxtəlif məsul vəzifələrdə təmsil olunuruğurlu fəaliyyət göstərirlər.

Ölkəmizdə dünya əhəmiyyətli müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlərdə iştirak gənclərin özlərini realizə etmələri, qiymətli təcrübə qazanmaları və gələcək məşğulluqlarının təmin edilməsi baxımından çox əhəmiyyətlidir.

Ölkə xaricində keçirilən tədbirlərdə də təmsilçilik işlərinin əksəriyyəti gənclərin üzərinə düşür. Bu baxımdan, Azərbaycan digər xalqların nümayəndələri arasında gənclər ölkəsi kimi yaddaşlarda qalır və müsbət təəssüratlar yaradır.

Gənclərimiz Aprel döyüşlərində də özlərini layiqincə vətənpərvər göstərdilər. Düşmənə sübut etdilər ki, Azərbaycan gəncləri Ali Baş Komandanın əmri ilə düşmənə sarsıdıcı zərbə endirməyə hazırdırlar.

Bir gənc alim kimi mən də öz fəaliyyətimi vətənimizə layiq qurmağa çalışıram. Ölkəmizi dünya reytinq cədvəllərində flaqman universitet kimi təmsil edən Bakı Dövlət Universitetində (BDU) bakalavr, magistratura və fəlsəfə doktorluğu üzrə doktorantura pillələrində təhsil almışam və bütün mərhələləri fərqlənmə diplomu ilə bitirmişəm. Təhsil aldığım müddətdə apardığım tədqiqatlar, respublikamızda və ölkəmizdən kənarda qazandığım təcrübələr elmə olan marağımın artmasına səbəb olmuşdur.

Apardığım tədqiqatlar kimyanın çox perspektivlixeyli çətin sayılan sahələrindən olan polimerlər, nanokimyananomateriallar, karbon nanostrukturları isitqamətindədir. Sintez etdiyim yeni nanostrukturlar günəş batareyaları, yarımkeçiricilər, konstruksiya materiallarının möhkəmləndiriciləri, ekolojis. istiqamətlərdə çox geniş tətbiq imkanlarına malikdir.

2016-cı ildə dissertasiya işimi uğurla müdafiə edərək 2017-ci ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam və hazırda işlərimi elmlər doktoru istiqamətində davam etdirirəm.

2011-ci ildən BDU-nun əməkdaşıyam. Hazırda Kimya fakültəsinin Yüksəkmolekullu birləşmələr kimyası kafedrasında müəllim və elmi işçi vəzifələrində fəaliyyət göstərirəm. Kafedrada ingilis və Azərbaycan bölmələrində, bakalavrmagistratura səviyyəsində, müxtəlif fənlər üzrə mühazirə, məşğələ və laboratoriya dərsləri aparıram. İngilis dilində, müxtəlif fənlərdən tədris proqramlarının müəllifiyəm. Təhsil Nazirliyinin layihəsi olan SABAH qruplarında da ingilis və Azərbaycan bölmələrində tədrislə məşğulam. Hazırda magistrantbakalavr tələbələrinin dissertasiya işlərinə elmi rəhbərlik edirəm.

Dəfələrlə Macarıstan, Avstriya, Çexiya, Türkiyə, Gürcüstan, İtaliya, Rusiya, İspaniyabaşqa ölkələrin müxtəlif şəhərlərində ezamiyyətlərdə olmuşam, ölkəmizi təmsil etmişəm. Bu ezamiyyətlərə təcrübəkeçmələr, tədqiqat səfərləri, elmi konfranssimpoziumlarda məruzələrlə iştirak aiddir. Avropanın nüfuzlu universitetlərindən sayılan Szeged Universitetində (Macarıstan), Bilkənt Universitetində, Orta Şərq Texniki Universitetində (Türkiyə) və bu qəbildən olan müxtəlif nüfuzlu universitetlərdə tədris prosesi ilə tanış olmuş, elmi tədqiqat işləri aparmışam. Əldə etdiyim təcrübələri tədris prosesində və tədqiqatlarımda tətbiq edirəm.

Amerika, Kanada, İngiltərə, Almaniya, İtaliya, İspaniya, Fransa, Macarıstan, Finlandiya, Avstriya, Çexiya, Ukrayna, Polşa, Türkiyə, Rusiya, Gürcüstan, İran, Hindistan, Pakistan, Qazaxıstan, Özbəkistan, Çin, Kareya, Misir və dünyanın digər ölkələrində fəaliyyət göstərən alimlərlə elmi əməkdaşlıq edirəm.

Həyata keçirdiyim elmi tədqiqatlarla bağlı 50-dən çox elmi əsərim çap olunub. Bunlara xarici ölkələrin və Azərbaycanın nüfuzlu jurnallarında dərc olunmuş məqalələr, yerli və beynəlxalq elmi konfrans və simpoziumların teziskonfrans məqalələri daxildir. Çap olunmuş elmi məqalələrimdən bir qismi Thomson Reuters (Clarivate Analytics)-Web of Science bazasının SCI və SCI-E seriyalarına aid nüfuzlu, yüksək impakt faktorlu elmi jurnallarda nəşr olunmuşdur. Aldığım nəticələrin əhəmiyyəti sayəsində elmi məqalələrim Amerikada, İngiltərədə, Hollandiyada, Hindistanda və digər ölkələrdə nəşr edilmişdir. Bu məqalələrə dünyanın müxtəlif qabaqcıl elmi potensiala malik ölkələrində tədqiqatlar aparan alimlər tərəfindən istinadlar gəlməkdədir.

Tədqiqat apardığım müddətdə müxtəlif qrant layihələrin qalibi olmuşambu layihələri müvəffəqiyyətlə icra etmişəm. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun "Mobillik Qrantı” və kollektiv qrantının, 2 dəfə BDU-nun 50+50 qrantının, 2 dəfə UNİDO-nun (Birləşmiş Millətlər Sənayenin İnkişafı Təşkilatı) fərdi qrantlarının qalibi olmuşam. Avropa Komissiyası 7-ci çərçivə NAPEP qrant layihəsində fəaliyyət göstərmişəm.

Dəfələrlə gənclərlə bağlı müxtəlif ictimai işlərdə, tələbə və gənclərin elmə marağının artırılması ilə əlaqəli layihələrdə iştirak etmişəm.

Qeyd etdiyim kimi, apardığım elmi tədqiqatları həm Bakı Dövlət Universitetində, həm də paralel olaraq Avropanın nüfuzlu universitetlərində həyata keçirmişəm. Elmi tədqiqatlardan əldə etdiyim nəticələr Avropanın nüfuzlu alimlərində ölkəmizin elmi potensialı haqqında xoş təəssüratlar yarada bilmişdir. Bu səbəbdən dəfələrlə Avropa universitetlərindən, Türkiyənin nüfuzlu universitetlərindən, hətta Kanadada yerləşən universitetdən təklifi almışam. Lakin millətimə, ailəmə bağlılığım daimi olaraq həmin ölkələrə köçüb yaşamağıma mane olur. Amma qısamüddətli elmi ezamiyyətlərlə ölkə xaricindən qiymətli təcrübələr qazanıb vətənə gətirməklə daima məşğulam və bunun daha məqsədəuyğun olduğunu düşünürəm.

Ölkəmizdə gənclərin fəaliyyətini stimullaşdıran müxtəlif aksiyalar keçirilir. Bunlardan biri dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə verilən Gənclər üçün Prezident mükafatıdır. Hər il gənclər günündə öz sahəsində uğurlar qazanmış 6 nəfər gəncə bu mükafat verilir. Təhsildə və elmdə əldə etdiyim nailiyyətlərə görə, Prezidentin 29 yanvar 2016-cı il tarixli sərəncamı ilə mən də Gənclər üçün Prezident mükafatı ilə təltif olunmuşambu mükafat məndə gələcək uğurlu fəaliyyətə stimul yaradıb.

Gənc olduğum halda bu gün təhsil aldığım Bakı Dövlət Universitetində müəllim kimi çalışmağım mənim üçün çox xoşdur. Tələbələrlə dərs prosesində onların nəzəri biliklərinin zənginləşdirilməsi ilə yanaşı, həm də elmə maraqlarının artırılmasını təmin etməyə çalışıram. Düşünürəm ki, gənc yaşda nailiyyətlərə yiyələnməyim onlarda inkişafa stimul yaradır. Ölkə xaricində qazandığım təcrübələri onlarla bölüşərək bu həvəsi artırmağa çalışıram. Sevindirici haldır ki, tələbələrimin sorağı bu gün müxtəlif ölkələrdən gəlir. Onlar təhsillərini magistratura səviyyəsində müxtəlif ölkələrdə davam etdirirlər. Qeyd edim ki, əsasən, ingilis bölmələrində tədrislə məşğulam. Tələbələrin təhsillərini ingilis dilində almaları və ixtisaslarına ingilis dilində yiyələnmələri onlara gələcək perspektivlər açır. Həmin tələbələr ölkə xaricində təhsillərini davam etdirməklə bağlı problem yaşamırlar.

Bu gün gənclərin fəaliyyəti üçün çox gözəl şərait varonlar bundan maksimum dərəcədə istifadə etməlidirlər. Xüsusən gənc alimlərimiz ölkənin elmi potensialının daha da artırılması və dünya elmi ictimaiyyəti tərəfindən yüksək səviyyədə qəbul olunması üçün elmi tədqiqat işlərini yüksək səviyyədə qurmalıdırlar. Bu prosesə xüsusən vətənpərvərlik hissi də əlavə edilməlidir.

Prezident İlham Əliyevin fəaliyyətində prioritet istiqaməti təşkil edən gənclər siyasəti ölkə gənclərini gələcək inkişafa səsləyir. Bu inkişafa gedən yolda biz gənclər hər zaman ölkə başçımızın yanındayıq.

 

Elvin MƏLİKOV,

BDU-nun Yüksəkmolekullu birləşmələr

kimyası kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2019.- 24 may.- S.6.