Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda
olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub.
AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva burada müalicə alan uşaqlarla görüşüb, onlarla söhbət edib.
Tibbi heyətlə görüşən Leyla Əliyeva uşaqların müalicəsinin gedişi və müəssisədə yaradılmış şəraitlə tanış olub.
Qeyd edək ki, institut hazırda üç hissədən ibarətdir: klinika, Mərkəzi Qan Bankı və elm bölməsi. Klinikanın tərkibinə böyüklər üçün iki hematoloji şöbə, uşaq hematologiyası, reanimasiya və intensiv terapiya, konsultativ poliklinika, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktikası şöbələri daxildir.
2017-ci ildə Dövlət
Proqramı çərçivəsində institutda
yeni immunohistoloji
müayinələrin aparılması üçün
laboratoriya da
yaradılıb. Burada immunohistokimyəvi
müayinələrin köməyi ilə qanın bədxassəli
xəstəliklərinin tam diferensial diaqnostikası, hədəf
terapiyanın monitorinqi və xəstəliyin
proqnozu müəyyən edilir.
Artıq leykozların diaqnostikası və müalicəsi məqsədilə
xəstələrin digər ölkələrə getməsinə
ehtiyac qalmır.
Azərbaycan.- 2019.-25 may.- S.5.